W niedzielę w wieku 117 lat zmarła Japonka Nabi Tajima, uważana za najstarszą osobę na świecie.

Dünyanın ən yaşlı sakini vəfat etdi - FOTO

56
(Yenilənib 11:53 22.04.2018)
Onun 160-dan çox törəməsi, o cümlədən kötücə və kötükcəsi var

BAKI, 22 aprel — Sputnik. Dünyanın ən yaşlı sakini olan yaponiyalı Nabi Tadzima 117 yaşında vəfat edib. Sputnik Azərbaycan USA Today-a istinadla xəbər verir ki, qadın yanvar ayından aparıldığı xəstəxanada keçinib.

Tadzima 1990-cı il avqustun 4-də doğulub. Onun 160-dan çox törəməsi, o cümlədən kötücə və kötükcəsi var. Kaqosima prefekturasında doğulan qadın son zamanlar ümumiyyətlə yataqdan qalxmırmış.

​Nabi Tadzimanın ölümündən sonra planetin ən yaşlı sakini titulu digər yaponiyalı qadın, 116 yaşlı Tie Miyakoya keçib.

Qeyd edək ki, cəmi bir neçə gün öncə qeyri-rəsmi olaraq dünyanın ən yaşlı sakini sayılan 121 yaşlı Selino Vilyanueva Haramilyonun öldüyü xəbər verilmişdi. O, çarpayıdan yıxılması zamanı aldığı zədə nəticəsində San-Xose-de-Marikina şəhərində xəstəxanada vəfat edib.

 

56
Teqlər:
ən yaşlı qadın, dünya, ölüm, Yaponiya