Dünyanın 150 ölkəsində qeyd edilən xüsusi gün

© AFP 2023 / HO/NOAAYür kürəsinin kosmosdan görünüşü
Yür kürəsinin kosmosdan görünüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Tədricən bu bayram beynəlxalq xarakter alıb və hazırda 150-dək ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur

BAKI, 22 aprel — Sputnik. Aprelin 22-si Beynəlxalq Yer Günüdür. 

Bu günün keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edir. Həmin dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub. 1882-ci il aprelin 22-də Nebraska ştatında rəsmi bayram günü elan edilib və "Ağac günü" qeyd olunmağa başlayıb.

1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, "Yer günü" adlandırılıb. Tədricən bu bayram beynəlxalq xarakter alıb və hazırda 150-dək ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur.

Xəbər lenti
0