Suriya prezidenti Bəşər Əsədin portreti

Bəşər Əsəd Fransanın mükafatını geri qaytardı

166
(Yenilənib 16:49 20.04.2018)
Əsəd "ABŞ-ın köləsi olan bir ölkənin şərəf nişanını özündə saxlaya bilməyəcəyini" deyib

BAKI, 20 aprel — Sputnik. ABŞ, Fransa və Böyük Britaniyanın Suriyaya hücumundan sonra prezident Bəşər Əsəd, Fransanın geri almaqla hədələdiyi Fəxri Legion Ordenini (Legion d'honneur) öz istəyi ilə geri qaytarıb. Əsəd "ABŞ-ın köləsi olan bir ölkənin şərəf nişanını özündə saxlaya bilməyəcəyini" deyib.

Sputnik Türkiyə-nin məlumatına görə, Suriyanın Xarici İşlər Nazirliyi prezident Bəşər Əsədin 2001-ci ildə o dövrkü Fransa prezidenti Jak Şirak (Jacques Chirac) tərəfindən ona verilmiş Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatını geri qaytardığını bildirib.

XİN öz açıqlamasında böyük xaç formasında olan Fəxri Legion Ordenini Suriyada Qərb ölkələrini təmsil edən Rumıniya səfirliyi vasitəsilə geri qaytardığını bəyan edib. 

Nazirlik bu qərarın aprelin 14-də Fransanın Suriya hökümətinə aid hədəflərə edilən hücuma qatıldığı üçün qəbul edildiyini, ABŞ-ın əmrlərini yerinə yetirən bir ölkənin nişanını saxlamağın Suriyanı şərəfləndirmədiyini ifadə edib.

"Terrorçuları dəstəkləyən ABŞ-ın təqlidçisi və köləsi olan ölkəyə aid nişanı taxmaq prezident Əsəd üçün şərəf deyil" — deyə nazirliyin açıqlamasında bildirilir.

Çinin Sinxua İnformasiya Agentliyinin məlumatına görə, Əsədin xarici siyasət ofisindən verilən açıqlamada deyilir: "Kolonializm və köləlik dövrü başa çatıb. 7 ildir terrorçuluqla mübarizə aparan Suriya ordusu tərəfindən dəstəklənən suriyalılar, arzuolunmaz siyasətlə terrorizə edilə bilməyəcək".

Həftənin əvvəlində Fransa prezidenti Emmanuel Makron, Bəşər Əsədə verilən Fəxri Legion Ordeni ilə bağlı protokol işlərinin başlanmasını tapşırıb.

Fransanın ən yüksək hərbi və mülki dövlət mükafatı olan Fəxri Legion Orden 1802-ci ildə Napolyon Bonapart tərəfindən təsis edilib. Bu orden hər il təqribən 3000 nəfərə təqdim edilir.

166
Teqlər:
Fəxri Legion Ordeni, Jak Şirak, Bəşər Əsəd, Fransa, Suriya, Böyük Britaniya, ABŞ
Əlaqədar
Daha bir ölkə Suriyaya ordu yeridə bilər
Suriyaya yeni zərbələr endirilib
Politoloq: “Suriyada daha qanlı savaşın şahidi olacağıq”
NATO Suriya əməliyyatı barədə yekun qərarını verdi
Suriya böhranında gərginlik: Yeni müharibə hədəsi
Trampdan Suriya əməliyyatına dair gözlənilməz bəyanat