Tərk edilmiş binada silah-sursat aşkarlandı

© AP Photo / Cagdas ErdoganPKK üzvləri
PKK üzvləri - Sputnik Azərbaycan
Abunə olmaq
Van polisi PKK-ya aid binada əməliyyat keçirib

BAKI, 20 aprel — Sputnik. Türkiyənin Van şəhərində polis tərk edilmiş bir binada əməliyyat keçirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparılan axtarışlar zamanı 2 ədəd "Kalaşnikov" avtomatı, 5 ədəd tank əleyhinə raket başlığı, 1 ədəd qranatamyot başlığı, 10 ədəd "Kalaşnikov" avtomatının darağı, 71 ədəd təyyarə vuran fişəng və digər silahlar ələ keçirilib.

Tapılan silahların PKK terrorçularına aid olduğu iddia edilir.

Xəbər lenti
0