Tarixi səfər baş tutacaq: İran xarici işlər naziri ABŞ-a gedir

© AFP 2023 / Michal Cizekİran xarici işlər naziri Məhəmməd Cavad Zərif
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif - Sputnik Azərbaycan
Abunə olmaq
İran XİN rəhbəri Nyu-Yorkda BMT-nin təşkil etdiyi "Davamlı sülh" mövzusunda keçirilən toplantıya qatılacaq

BAKI, 19 aprel — Sputnik. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-a səfərə gedəcək.

Sputnik Azərbaycan İranın "IRNA" agentliyinə istinadən xəbər verir ki, İran XİN rəhbəri Nyu-Yorkda BMT-nin təşkil etdiyi "Davamlı sülh" mövzusunda keçirilən toplantıya qatılacaq.

Toplantı 24 və 25 apreldə BMT Baş Məclisində təşkil olunacaq. Zərif bu toplantıda çıxış edəcək. Eyni zamanda o, ABŞ-ın Xarici Əlaqələr Şurasında çıxış edəcək. Digər görüşlərin də keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti
0