ABŞ-ın “ərəb planı”na sərt təpki

© AP Photo / Hussein MallaSuriyada ABŞ əsgərləri, arxiv şəkli
Suriyada ABŞ əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İşğalçı ABŞ hökumətinin özünə bənzər digər bir işğalçı güclə yer dəyişməsi çox təəccüblüdür"

BAKI, 19 aprel — Sputnik. Bəşər Əsədin müşaviri Bəsinə Şaban ərəb koalisiyası kimi tanınan qüvvələrin ABŞ əsgərlərini Suriyada əvəzləməsi məsələsinə sərt reaksiya verib.

Sputnik Azərbaycan "Mehr" xəbər agentliyinə istinadən bildirir ki, Bəsinə Şaban ərəb koalisiyasının Suriyada ABŞ qüvvələrini əvəz etməsini olduqca təəccüblü hesab edib: "Suriyada qeyri-qanuni bir şəkildə varlığını davam etdirən işğalçı ABŞ hökumətinin özünə bənzər digər bir işğalçı güclə yer dəyişməsi çox təəccüblüdür".

Qeyd edək ki, bu yaxınlarda ABŞ mediası Donald Trampın ərəb koalisiyasına mənsub qüvvələrin Suriyada ABŞ hərbçilərini əvəz etmək istədiyini açıqlamışdı.

Xəbər lenti
0