CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Google" və "Facebook" məlumatlarla manipulyasiya edir: Avropalılar bu fikirdədir

© AFP 2023 / KIMIHIRO HOSHINOШтаб-квартира Google в округе Маунтин-Вью, штат Калифорния, США
Штаб-квартира Google в округе Маунтин-Вью, штат Калифорния, США - Sputnik Azərbaycan
Abunə olmaq
Keçirilən sorğu iri texnoloji şirkətlərin Avropa və ABŞ vətəndaşları arasında etibarını itirdiyini ortaya çıxarıb

BAKI, 19 aprel — Sputnik. Avropalıların və amerikalıların əksəriyyəti hesab edir ki, "Google" və "Facebook" məlumatlardan bu və ya digər siyasi baxışın xeyrinə manipulyasiya etmək üçün xüsusi alqoritmlərdən istifadə edirlər. 

Bu fikri almanların 68%-i, İtaliya və ABŞ vətəndaşlarının 60%-i, fransızların 57%-i, britaniyalıların isə 54%-i müdafiə edir.

Sözügedən sorğunu Sputnik.Rəy layihəsi çərçivəsində Sputnik radiosu və agentliyi üçün Ifop şirkəti keçirib. 

Sözügedən şirkətlərə inanan respondentlər də olub. Belə ki, ABŞ-da sorğuda iştirak edənlərin 16%-i "Google" və "Facebook" kimi texnoloji şirkətlər tərəfindən təqdim edilən məlumatın obyektiv və qərəzsiz olduğuna inandığını bildirib. Bu rəqəm İtaliyada 15%, Böyük Britaniyada 13%, Almaniyada və Fransada isə 11% təşkil edib.

Исторический район Варшавы, Польша - Sputnik Azərbaycan
Politoloq: “Rusiya "avropalı" olduğunu Aİ ictimaiyyətinə sübut etməyə çalışmır”

Böyük Britaniyada rəyi soruşulanların 33%-i "Google" və "Facebook" kimi şirkətlərin məlumatlardan bu və ya digər siyasi baxışın xeyrinə manipulyasiya etmək üçün xüsusi alqoritmlərdən istifadə etdiyinə dair suala cavab verməyə çətinlik çəkib. Fransada bu rəqəm 32% təşkil edib. İtaliyada 25%, ABŞ-da 24%, Almaniyada isə 21% respondent bu suala cavab verə bilməyib.

Bununla yanaşı, Fransa və ABŞ-da əsasən gənclər hesab edir ki, beynəlxalq internet nəhəngləri informasiyalarla manipulyasiya edir. Həmin mümkün manipulyasiyanın olduğunu düşünən yaşı 35 yaşdan aşağı olanlar Fransada 62%, ABŞ-da isə 71% təşkil edir. İtaliya və Böyük Britaniyada isə situasiya başqadır. Burada şirkətlər tərəfindən alqoritmlərin siyasi məqsədlər üçün istifadə edilməsi ehtimalı daha çox yaşlı nəsil tərəfindən qəbul edilir.

Digər tendensiya isə onunla bağlıdır ki, dörd ölkənin hamısında internet şirkətlərinin ictimai rəylə manipulyasiya etdiyi ehtimalını irəli sürən insanlar əsasən ali təhsili olanlardır. ABŞ və Almaniyada bu fikri 70%-dən çox ali təhsilli şəxs dəstəkləyir. Böyük Britaniya və İtaliyada isə bu göstərici 69%  və 64%  təşkil edir. 

Sorğu 2018-ci ilin 22-27 mart tarixlərində Ifop şirkəti tərəfindən keçirilib. Sorğuda yaşı 18-dən yuxarı olan 5 029 respondent iştirak edib. Respondentlər cinsinə, yaşına və yaşadığı coğrafi əraziyə görə seçilib. Rəy sorğusunda yanılma ehtimalı ümumilikdə maksimum 3,1% təşkil edir. Onun etibarlılıq dərəcəsi 95%-dir.

© Sputnik / Elnur SalayevGoogle və Facebook məlumatlardan kiminsə siyasi maraqları üçün istifadə edə bilər?
Google və Facebook məlumatlardan kiminsə siyasi maraqları üçün istifadə edə bilər? - Sputnik Azərbaycan
Google və Facebook məlumatlardan kiminsə siyasi maraqları üçün istifadə edə bilər?

Sputnik.Rəy layihəsi haqqında 

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai sorğu keçirən qocaman şirkətlərdən biri "Ifop" çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da sorğular aparılır.

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimedia mərkəzi daxildir. Agentliyin internet portalı ölkənin ən çox oxunan KİV-nin ilk onluğuna daxildir*.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik özündə 30 dildə sayt, analoq və rəqəmsal radioyayım, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Xəbər lenti
0