Ercan Vuralhan

Türkiyənin keçmiş müdafiə naziri öldürüldü

228
(Yenilənib 19:04 18.04.2018)
Türkiyənin keçmiş müdafiə naziri Ercan Vuralhan bıçaqlanaraq öldürülüb

BAKI, 18 aprel — Sputnik. Türkiyənin keçmiş müdafiə naziri Ercan Vuralhan bıçaqlanaraq öldürülüb.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, hadisə aprelin 18-də İstanbulun Sirkeci rayonunda baş verib. Polis sabiq nazirə hücum edən Yüksel Karababanı saxlayıb.

Ercan Vuralhan ilə Yüksəl Karababa arasında borc məsələsi olduğu, bunu danışmaq üçün görüşdükləri və görüş zamanı mübahisə yarandığı bildirilib. Mübahisə zamanı sabiq nazir bıçaqlanaraq öldürülüb.

Qeyd edək ki, E.Vuralhan 1987-il dekabırn 21-dən 1989-cu il martın 30-dək Turqut Özalın hökumətində müdafiə naziri vəzifəsini tutub.

228
Teqlər:
bıçaqlanma, müdafiə naziri, ölüm, Türkiyə