Rəcəb Tayyib Ərdoğan

Türkiyədə ildırım sürətli qərar: Ərdoğan növbədənkənar seçkilərə getdi

860
(Yenilənib 17:36 18.04.2018)
Ərdoğan: "Bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək"

BAKI, 18 aprel — Sputnik. Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə keçirdiyi görüşdən sonra bəyanat verib.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Ərdoğan Dövlət Baxçalı ilə növbədənkənar prezident və parlament seçkiləri keçirilməsini geniş müzakirə etdiklərini deyib. Ərdoğan bildirib ki, seçkilərin 24 iyun 2018-ci il tarixdə keçirilməsinə qərar verilib.

Ərdoğan Mərkəzi Seçki Komissiyasının dərhal seçki hazırlıqlarına başlayacağını da bildirib.

860
Teqlər:
növbədənkənar seçkilər, Dövlət Bağçalı, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, qərar