Türkiyə səfiri dünyasını dəyişdi

© AFP 2023 / BULENT KILICГосударственный флаг Турции
Государственный флаг Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Kural 2014-cü ildən Türkiyənin Benin Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışırdı

BAKI, 18 aprel — Sputnik. Türkiyənin Benin Respublikasındakı (paytaxt Kotonu) səfiri Turqut Kural dünən gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.

© Photo : HurriyetTurqut Kural
Turqut Kural - Sputnik Azərbaycan
Turqut Kural

Turqut Kural Ankara Universitetinin Siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisasını bitirib. Diplomatik karyerasına 1991-ci ildə Xarici İşlər Nazirliyində başlayıb. Sonralar Türkiyənin Bağdad və Omman səfirliklərində üçüncü katib, Honq-Konq baş konsulluğunda müavin vəzifələrində çalışıb.

Kural 2014-cü ildən Türkiyənin Benin Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışırdı.

Xəbər lenti
0