Заседание парламента посвященное взлету цен

Yerevanı bir neçə saat ərzində qorxu altında saxlayan bakılı

1101
(Yenilənib 20:57 17.04.2018)
Bakılı şəxs Yerevana qorxu dolu saatlar yaşadıb

BAKI, 17 aprel — Sputnik. Ermənistan polisinə zəng edərək parlamentin binasına bomba qoyulduğunu deyən şəxsin kimliyi müəyyən edilib. Sputnik Ermənistan-ın məlumatına əsasən, bu, 1984-cü ildə Bakıda anadan olmuş K.Q. adlı şəxsdir. 

Həmin şəxs bu gün günorta saatlarında polisə zəng edib. Zəng əsasında aparılan tədbirlərdən sonra bomba xəbərinin yalan olduğu üzə çıxıb. Bundan əlavə, zəng edənin şəxsiyyəti də müəyyənləşdirilib.

Həmçinin onun son səkkiz il ərzində Almaniyada yaşadığı deyilir.

1101
Mövzu:
Ermənistanda etiraz aksiyaları (35)
Əlaqədar
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
Ermənistan paytaxtında cəhənnəm yaşanır
Ermənistan təxribat törətməkdə davam edir
Politoloq: “Ermənistan inanmalıdır ki, münaqişənin həlli vaxtıdır”
Jurnalist, arxiv şəkli

Məşhur serialın çəkiliş meydançasında dəhşətli hadisə baş verib

0
(Yenilənib 17:10 30.11.2020)
Hadisə yerinə polislərin gəlməsindən sonra məlum olub ki, qadınlara hücum edən 2 kişi əvvəllər zorlama və narkotik satışından məhkum olunaraq, həbsxanada yatmış keçmiş dustaqlardır

BAKI, 30 noyabr — Sputnik. Türkiyənin Atv kanalında yayımlanan "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialının çəkiliş meydançasında dəhşətli hadisə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, ötən gecə baş verən hadisədə serialın texniki heyətində çalışan 3 qadın hücuma məruz qalıb. Belə ki, EDHO-nun çəkilişləri aparılan məkanın üst mərtəbəsində kostyumların saxlanıldığı otaqda çalışan 3 qadına qəflətən otağa daxil olan 2 nəfər hücum edib. Qapını qıraraq otağa daxil olan 2 nəfər otaqda olan qadınları təhqir edərək, onlara fiziki güc göstərib. Səs-küyü eşidən yaradıcı heyətin üzvləri qadınların köməyinə gəliblər.

Hadisə yerinə polislərin gəlməsindən sonra məlum olub ki, qadınlara hücum edən 2 kişi əvvəllər zorlama və narkotik satışından məhkum olunaraq, həbsxanada yatmış keçmiş dustaqlardır. Polislər qadınların şikayətlərinə əsasən cinayətkarları yaxalayaraq, bölməyə aparıblar.

0
Teqlər:
keçmiş məhbus, qadınlar, hücum, Türkiyә, serial
Moldovanın yeni seçilmiş prezidenti Mayya Sandu

Moldovanın yeni prezidenti: "Qarabağla Dnestryanı arasında ümumi heç yoxdur"

4
(Yenilənib 16:42 30.11.2020)
Qeyd edək ki, Dnestryanı münaqişənin nizamlanması prosesində "5+2" formatında münaqişə tərəfləri kimi Kişinyov və Tiraspol, vasitəçi kimi Rusiya, Ukrayna və ATƏT, müşahidəçi kimi isə Avropa İttifaqı və ABŞ çıxış edir.

BAKI, 30 noyabr — Sputnik. Dnestryanı və Dağlıq Qarabağ münaqişələri arasında ümumi heç nə yoxdur. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Moldovanın yeni seçilmiş prezidenti Mayya Sandu bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.

"Dnestryanı və Dağlıq Qarabağ münaqişələri arasında ümumi heç nə yoxdur. Dnestryanı münaqişəышni yalnız sülh yolu ilə həll etmək olar. Biz nizamlanma prosesində həll yolunu tapmaq üçün "5+2" formatında işləməyə davam edəcəyik", - deyə Sandu bildirib.

Qeyd edək ki, Dnestryanı münaqişənin nizamlanması prosesində "5+2" formatında münaqişə tərəfləri kimi Kişinyov və Tiraspol, vasitəçi kimi Rusiya, Ukrayna və ATƏT, müşahidəçi kimi isə Avropa İttifaqı və ABŞ çıxış edir.

 

4
Teqlər:
münaqişə, Dnestryanı, Moldova, Azərbaycan, Qarabağ