Donald Trampdan ərəb ölkələrinə müraciət…

© AFP 2023 / SAUL LOEBDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə "The Wall Street" jurnalı Ağ ev administrasiyasına istinadla yazıb

BAKI, 17 aprel — Sputnik. Tramp Suriyadakı həbrçilərinə əvəz tapıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Suriyadakı Amerika hərbçilərini ərəblərlə dəyişdirmək istəyir.

Bu barədə "The Wall Street" jurnalı Ağ Ev administrasiyasına istinadla yazıb.

Məlumata görə, Milli Təhlükəsizlik üzrə prezidentin məsləhətçisi Con Bolton artıq bölgədəki əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Misir kəşfiyyat rəhbərliyinə müraciət edib. Qahirə hələ ABŞ-ın təklifinə şərh verməyib.

Vaşinqton, eyni zamanda Səudiyyə Ərəbistanına, Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə Suriyanın şimal hissəsində sabitlik yaratmaq üçün qüvvə ayırmasına görə müraciət edib. 

Флаг НАТО, фото из архива - Sputnik Azərbaycan
NATO Suriya əməliyyatı barədə yekun qərarını verdi

Nəşrin məlumatına görə, söhbət milyardlarla dollardan gedir. Eyni zamanda ABŞ istəyir ki, ərəb ölkələri öz hərbçilərini regionda yerləşdirsin.

Bu, bir çox məmurların narahat olmasına səbəb olub. Çünki Amerika hərbçilərinin bölgəni tərk etməsi Suriya üzərində İranın, Rusiyanın və İŞİD-in yenidən bərpa olunmasına gətirib çıxara bilər.

Mütəxəssislər Vaşinqtonun strategiyasının uğurlu olacağına inanmır.

"Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri Yəmənə ordu göndərib, ancaq Misir çətin ki, öz hərbçilərini Suriya hakimiyyətinin nəzarətində olan torpaqlara göndərə" — bu sözləri Vaşinqtondakı Yaxın Şərq İnstitutunun əməkdaşı deyib. O qeyd edib ki, Amerika hərbçilərinin qalmadığı yerə ərəb dövlətləri ümumiyyətlə ordu göndərməz.

Apreldə Tramp Səudiyyə Ərəbistanına təklif etmişdi ki, əgər o, Suriyada Amerika hərbçilərinin qalmasını istəmirsə, ödəniş etməlidir.

Xəbər lenti
0