Pentaqon

Ankaranın qəzəbinə səbəb olacaq fakt ortaya çıxdı

511
(Yenilənib 15:52 17.04.2018)
Pentaqon büdcəsində terror təşkilatlarına silah-sursat yardımı üçün vəsait nəzərdə tutulub

BAKI, 17 aprel — Sputnik. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2019-cu il büdcəsi ilə bağlı ilginc fakt ortaya çıxıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, həmin büdcədə Suriyada PKK/PYD terror təşkilatlarının da daxil olduğu 60-65 min nəfərlik yaraqlı qrupun silah-sursatla təminatı üçün vəsait nəzərdə tutulduğu bəlli olub.

Pentaqon fevral ayında 2019-cu maliyyə ili üçün müdafiə büdcəsini Konqresə təqdim edib. Pentaqon həmin müdafiə büdcəsində Suriyada İŞİD əleyhinə mübarizə çərçivəsində əməkdaşlıq etdiyi qruplara 300 milyon dollarlıq silah-sursat dəstəyi istəyib.

Büdcədə, həmçinin sərhəd təhlükəsizliyi üçün həmin qruplara 250 milyon dollarlıq yardım nəzərdə tutulub.

511
Teqlər:
sursat, Pentaqon, Müdafiə Nazirliyi, büdcə, ABŞ, silah
Əlaqədar
ABŞ-ın terrorçuları itaətdən çıxdı: "Afrinə gedirik"
ABŞ bu ölkədə 10-dan çox İŞİD terrorçusunu məhv etdi
ABŞ hərbi bazasında terrorçuların dəfn mərasimi keçirilir
ABŞ terrorçuları Türkiyə sərhədinə yerləşdirir
İstanbul terrorunun əmri ABŞ-dan verilib?