Lotereya, arxiv şəkli

İki milyon dollar qazandı, 5 ay sonra xəbər tutdu

80
(Yenilənib 10:30 17.04.2018)
Qazandığı pulun bir hissəsini borclarının bağlanmasına sərf edəcək, bir hissəsini gələcəyinə saxlayacaq, bir hissəsinə isə əylənəcək

BAKI, 17 aprel — Sputnik. ABŞ-nın Kolorado ştatının Denver şəhərində 2017-ci il noyabrın 18-də oynanan lotereya oyununda 2 milyon dollar qazanan kişi bu haqda bir neçə ay sonra xəbər tutub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, lotereya oyunlarını çox sevən kişi eyni anda xeyli lotereya bileti alıbmış. O, bütün biletlərə baxmadığından qalib olduğunu həmin an öyrənə bilməyib.

Cerkpot
© Sosial şəbəkələr
Cerkpot

O, milyonçu olduğunu ancaq 5 ay sonra – 2018-ci ilin aprel ayında öyrənib.

"Böyük məbləği qazanacağımı heç ağlıma gətirməzdim. Qazandığım pulun bir hissəsini borclarımın bağlanmasına sərf edəcəm, bir hissəsini gələcəyim üçün saxlayacam, bir hissəsinə isə əylənəcəm" – deyə qalib əlavə edib.

80
Teqlər:
lotereya, milyonlar, ABŞ, qalib