Təyyarə salonunda oturmuş qız, arxiv şəkli

Sərxoş qızlar təyyarədə oyun çıxartdı VİDEO

203
(Yenilənib 10:31 17.04.2018)
Nəticədə qızlardan birinin üzünə zərbə dəyib və ciddi zədələnib

BAKI, 17 aprel — Sputnik. Üç sərxoş qız Qatvik-Tenerife reysində dava salıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sərnişinlər isə ekipaj üzvlərinin bir-birinin saçını yolaraq dava edən qızları ayrımasını videoya çəkib.

"Heç kəs gözləmirdi ki, bu baş verə bilər. Onlar rəfiqə kimi görünür, araq içir və qucaqlaşırdılar. Ancaq bir dəqiqədən sonra onlar qışqırmağa başladılar. Qızlar mübahisə edərək qışqırır və söyüşlə bir-birini təhqir edirdilər. Digər sərnişinlər ekipaj üzvlərinə şikayət etdilər və stüardessa onların arağını əllərindən aldı. Bundan sonra qara saçları olan qız sarışının üzərinə atılıb saçlarını yolmağa başladı. Biz qorxurduq ki, kimsə ciddi şəkildə xəsarət ala bilər" – deyə sərnişin Enci Dillouey bildirib.

Nəticədə qızlardan birinin üzünə zərbə dəyib və ciddi zədələnib. Hava limanının əməkdaşları bildirib ki, qızları aeroportda polis gözləyib.

203
Teqlər:
sərxoş, təyyarə, dava, qadın
Jenevada Ümumdünya Səhiyyə Təşkilatının mənzil-qərargahı, arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinə dair ÜST-ün Avropa üzrə regional direktoru bəyanat yaydı

0
Ümumdünya Səhiyyə Təşkilatı indiyə qədər müşahidə edilməmiş bu ictimai səhiyyə təhdidindən qorunmaq üçün vaxt itirməməyə və səyləri artırmağa çağırır.

BAKI, 22 oktyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Dağlıq Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatların eskalasiyası ilə bağlı öz narahatlığını bildirir. ÜST-ün Bakı nümayəndəliyindən Sputnik Azərabycan-a verilən məlumata görə, bəyanatda qeyd olunur: "Sentyabr ayının sonundan etibarən başlayan toqquşmalar nəticəsində on minlərlə mülki vətəndaş öz yurdundan didərgin düşüb, yüzlərlə insan yaralanıb və xeyli sayda şəxs həlak olub. Biz münaqişədən zərər çəkən hər bir ailəyə, cəmiyyətin hər bir üzvünə öz dəstəyimizi ifadə edirik.

Hərbi əməliyyatlar COVID-19-a yoluxma sayının artmasına böyük təsir göstərir. Davamlı toqquşmalar nəticəsində insanların bir yerdən digərinə köçü əhalinin sağlamlığı ilə bağlı vəziyyətin pisləşməsinə səbəb olacaqdır.

Münaqişə, pandemiya səbəbindən yükü artan səhiyyə sistemini daha da yükləməklə onun işinə birbaşa mənfi təsir göstərir. Bu, ÜST-nin Avropa regionunda COVID-19-a yoluxma hallarının sayının artmağa davam etdiyi bir vaxta təsadüf edir.

Ümumdünya Səhiyyə Təşkilatı indiyə qədər müşahidə edilməmiş bu ictimai səhiyyə təhdidindən qorunmaq üçün vaxt itirməməyə və səyləri artırmağa çağırır.

ÜST münaqişə tərəflərini beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq mülki şəxsləri, həmçinin yaralılara və xəstələrə qulluq edilən tibb müəssisələrini qorumağa çağırır. COVID-19 pandemiyası zamanı bütün tibb işçilərinin zorakılıqdan qorunması onların pandemiyaya qarşı mübarizə tədbirlərini davam etdirə bilməsi üçün xüsusilə vacibdir.

Hərbi əməliyyatların dərhal dayandırılması təməl insan hüququ olan səhiyyə xidmətlərindən istifadə imkanın davamlılığı üçün vacibdir".

0
Pianoçu, arxiv şəkli

Türkiyədə yaşayan Manafzadə ailəsindən rəşadətli Ordumuz üçün "Əsgər marşı"

46
(Yenilənib 16:03 22.10.2020)
Manafzadələr ailəsi Azərbaycanın tanınması, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədilə bir sıra addımlar atıb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar nəticəsində Cəbrayıl və Füzuli, Zəngilan şəhərləri də daxil olmaqla bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri dünya azərbaycanlılarını bir daha yumruq kimi birləşdirib. Sənətindən, peşəsindən, tutduğu statusundan asılı olmayaraq hər kəs Azərbaycana dəstək olmağa çalışır. Türkiyədə yaşayan Manafzadə ailəsi kimi. Manafzadə ailəsi Cavanşir Quliyevin "Əsgər marşı" nı Şanlı ordumuzun tarixi zəfərlərinə həsr edib.

Bu məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan Azərbaycanın Əməkdar artisti, Azərbaycanı dünyada tanıdan qadın dirijor, bəstəkar və pianoçu Turan Manafzadə bildirir ki, həmin marş Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xahişi ilə hazırlanıb:

"Videoda gördüyünüz 4 nəfər mən və ailə üzvlərimdir. Atam Azərbaycanın Əməkdar artisti pianoçu İslam Manafov, qardaşım Abuzər Manafzadə, anam və mənəm. Biz Manafzadə ailəsi olaraq hər zaman vətənimizi xarici ölkələrdə mədəni şəkildə təbliğ edirik. Qarabağ həqiqətlərini hər konsertimiz, layihələrimiz vasitəsilə dünyaya çatdırmağa çalışırıq. Bu layihə də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin bizdən xahişi idi. Bu fikir bizim də ağlımıza gəlmişdi".

Manafzadələr ailəsi Azərbaycanın tanınması, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədilə bir sıra addımlar atıb: "Mən, ata-anamla Türkiyədə yaşayırıq, qardaşım isə Vyanada yaşayır. Biz ailəliklə - 4 pianoçu bu layihəni icra etdik. Bundan əlavə, "Azərbaycanım" və "Yüksəliş" əsərlərim və qardaşım Abuzər Manafzadənin "Xocalı" əsərini müxtəlif ölkələrdə ifa etmişik".

46
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Corc Dik

İsrail səfiri Gəncədə: "Mülki vətəndaşlara edilən hücumlar qəbuledilməzdir"

0
(Yenilənib 18:21 22.10.2020)
Azərbaycan-İsrail münasibətlərinə toxunan israilli diplomat iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara edilən hücumlar qəbuledilməzdir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Gəncədə erməni terrorunun acı nəticələrinə şahidlik edən İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.

İsrailli diplomat Gəncəyə səfərinin əsas məqsədinin erməni terroru zamanı həlak olan dinc sakinlərin yaxınları və Gəncə sakinləri ilə görüşmək, bu dəhşətli raket hücumlarının səbəb olduğu dağıntıları öz gözləri ilə görmək olduğunu deyib.

"Buraya Azərbaycan xalqına və Gəncə şəhərinin sakinlərinə, həlak olanların ailələrinə başsağlığı vermək və bu hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləmək üçün gəlmişəm. Biz İsrail dövləti olaraq müharibə və hücumların, xüsusən də günahsız mülki şəxslərə qarşı həyata keçirilən bu cür hücumların səbəb olduğu dəhşətli hadisələrin nə olduğunu çox yaxşı bilirik. Milliyyətindən, etnik mənsubiyyətindən və dini inancından asılı olmayaraq mülki vətəndaşlara qarşı həyata keçirilən hücumlar qəbuledilməzdir. Heç bir insanın həyatına laqeyd yanaşmaq olmaz. Heç kim bu cür şəraitdə yaşamamalı və gecələr rahat yatarkən heç kim öz yaxınlarını, əzizlərini və ya qonşusunu itirməməlidir".

Azərbaycan-İsrail münasibətlərinə toxunan israilli diplomat iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərin tarixi köklərə malik olduğunu vurğulayıb.

"Bu dostluq heç kimə qarşı yönəlməyib. Azərbaycanla dostluğumuza dəyər veririk və Gəncədə yaşanan dəhşətli hücumun qurbanlarını bu çətin anlarda dəstək olaraq bir sıra humanitar yardımla təmin edirik".

Sonda səfir Corc Dik faciə qurbanlarının ailələrinə, eləcə də Gəncə sakinlərinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə