Türkiyə baş konsulluğuna hücumun qarşısı alınıb

© AFP 2023 / Arie Kievit / ANPRoterdamda polis əməkdaşları, arxiv şəkli
Roterdamda polis əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Prokurorluqdan şübhəlilərin Mərakeş mənşəli Hollandiya vətəndaşları olduğu qeyd olunub

BAKI, 17 aprel — Sputnik. Türkiyənin Hollandiyanın Rotterdam şəhərindəki Baş Konsulluğunun binasına hücumun qarşısı alınıb.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, hücuma cəhd göstərməkdə şübhəli bilinən 4 nəfər tutulub.

Prokurorluqdan şübhəlilərin Mərakeş mənşəli Hollandiya vətəndaşları olduğu qeyd olunub. Saxlanılmaya onların telefon danışıqları əsas olub. Onların 2017-ci ildə saxlanılan başqa bir şəxslə münasibətdə olduqları bildirilir.

Olayla bağlı əlavə məlumat verilmir.

Xəbər lenti
0