Nikol Paşayan Yerevandakı Fransa meydanında

Ermənistanda qarşıdurma güclənir: Müxalifət Yerevanı mühasirəyə alır

1397
(Yenilənib 10:04 17.04.2018)
Ermənistan baş prokurorluğu isə ölkədə baş verən aksiyalar və toqquşmalarla bağlı cinayət işi başlayıb

BAKI, 16 aprel — Sputnik. Ermənistanda güc strukturları ilə müxalifət arasında qarşıdurma davam edir. Sputnik Ermənistan xəbər verir ki, bir qədər əvvəl ağır yaralanaraq xəstəxanaya aparılan müxalifət lideri Nikol Paşinyan ölkənin kənd yerlərində yaşayan əhaliyə müraciət edib.

“Yelk”in lideri Ermənistan Milli Məclisinə bütün giriş və çıxışları bağlamağa çağırıb. Bu barədə o, Fransa meydanındakı mitinqdə bəyanat verib: “Biz bu dəqiqədən etibarən Ermənistan parlamentinə aparan bütün yolları bağlamalıyıq”.

Xatırladaq ki, bu gün səhər tezdən ölkənin keçmiş prezidenti Serj Sarqsyanın baş nazir postuna namizəd göstərilməsinə etiraz olaraq aksiyalar başlayıb. Nikol Paşinyanın tərəfdarları bir neçə saat ərzində Yerevanın bütün mərkəzi küçələrini bağlayıblar. Paytaxt metrosu da qismən işini dayandırıb.

Müxalifət lideri digər şəhər və rayonların əhalisini dövlət yollarını bağlamağa və aksiyanı genişləndirməyə çağırıb. Yerevanın mühasirəsinin aktiv fazası səhər saat 8-də başlamalıdır.

Ermənistan baş prokurorluğu isə ölkədə baş verən aksiyalar və toqquşmalarla bağlı cinayət işi başlayıb. Əsas təşkilatçı kimi parlamentin müxalifətdən olan deputatı Nikol Paşinyanın adı çəkilir.

Qeyd edək ki, polislə kütləvi toqquşma zamanı onlarla insan xəsarət alıb. Ən azı 46 nəfər kömək üçün xəstəxanaya müraciət edib. Onlardan 6 nəfərinin polis işçisi olduğu bildirilir. Bir polis işçisinin reanimasiyada olduğu bildirilir.

1397
Teqlər:
mühasirə, qarşıdurma, Yerevan, Ermənistan, müxalifət
Mövzu:
Ermənistanda etiraz aksiyaları (35)
Əlaqədar
Yerevanda vəziyyət kəskinləşir: Polis müxalifət liderini yaraladı
Yerevanda etirazları daha da qızışdıracaq qərar qəbul olundu
Ermənistan paytaxtında cəhənnəm yaşanır
Ermənistanı kütləvi iğtişaşlar bürüyüb, etirazçılar dövlət idarələrini ələ keçirirlər