Yerevanda vəziyyət kəskinləşir: Polis müxalifət liderini yaraladı

© Sputnik / Asatur YesayantsNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda müxalif "Yelk" fraksiyasının lideri Nikol Paşinyan "Nairi" tibb mərkəzinə aparılıb

BAKI, 16 aprel — Sputnik. Ermənistanda müxalif "Yelk" fraksiyasının lideri Nikol Paşinyan "Nairi" tibb mərkəzinə aparılıb. Sputnik Ermənistan-ın məlumatına görə, bunu xəstəxanadakı mənbə bildirib.

Polis mitinqçiləri parlament binasına buraxmaqdan imtina edib. Bundan sonra polislə vətəndaşlar arasında dava düşüb. Deputat Nikol Paşinyan və nümayişçilər polis kordonunu yarmağa çalışıblar.

Акция фракции Елк в Национальном собрании РА - Sputnik Azərbaycan
Ermənistan parlamentini “yandırdılar”: Sarqsyana qarşı etirazlar böyüyür - VİDEO

Polisin vurduğu zərbə nəticəsində Paşinyan travma alıb və təcili yardımla xəstəxanaya çatdırılıb.

Fəalların "Facebook" səhifəsində Paşinyanın əlləri qan içində olan fotoları yayılıb.

Yerevanın Baqramyan prospektində polislə nümayişçilər arasında yaranan qarşıdurmada bir neçə nəfər xəsarət alıb. Ermənistan paytaxtında mitinq keçirən şəxslər hüquq-mühafizə orqanlarının səs bombasından istifadəsinə cavab olaraq polis kordonunu yarmağa çalışıblar.

Polislə qarşıdurma bir neçə mitinqçinin xəsarət alması ilə nəticələnib.

İnsident ondan başlayıb ki, "Vətəndaşlıq borcu" partiyasının lideri Nikol Paşinyan polisdən çoxsaylı tərəfdarlarını parlament binasına buraxmağı xahiş edib. Polis isə bundan imtina edib. Bildirib ki, Milli Məclisin binasına yalnız o, özü və fraksiyasının üzvləri daxil ola bilərlər, qalanların ixtiyarı yoxdur.

Yerevan şəhəri - Sputnik Azərbaycan
"İtalyanların" Yerevan sərgüzəştləri: “Afrikaya getsəydim, belə şoka düşməzdim

İmtina alan nümayişçilər polisə müqavimət göstərərək onun sıralarını yarıblar. Nəticədə polislə vətəndaşlar arasında dava düşüb. Mitinqçilər hakimiyyət əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

Xatırladaq ki, aprelin 16-da səhər saatlarından başlayaraq Yerevanda eks-prezident Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz edən minlərlə adam "vətəndaş itaətsizliyi" aksiyasına başlayıblar. Bir neçə saat ərzində Paşinyan tərəfdarları Yerevanın mərkəzi küçə və meydanlarını tutublar, yollarda və metropolitendə hərəkəti iflic ediblər. Metro öz işində saatlarla fasilə etmək məcburiyyətində qalıb.

Xəbər lenti
0