Türkiyədə şəhidin dəfni, arxiv şəkli

Türkiyədən daha bir acı xəbər: Ölənlər yaralanan var

557
(Yenilənib 16:38 16.04.2018)
Terrorçular hərbi bazaya iriçaplı silahlardan atəş açıblar

BAKI, 16 aprel — Sputnik. PKK terrorçularının Türkiyənin Şırnak vilayətində hərbi bazaya hücumu nəticəsində 3 əsgər şəhid olub, 1 əsgər isə yaralanıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, hücumdan sonra təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyata başlayıb. Terrorçular hərbi bazaya iriçaplı silahlardan atəş açıblar.

Şəhid olanların cəsədi və yaralı əsgər bölgədən vertolyotla götürülərək Şırnak dövlət xəstəxanasına gətirilib. Regionda havadan dəstəklənən əməliyyat başlanılıb.

557
Teqlər:
PKK, şəhid, Türkiyə, hücum