Ermənistanda kütləvi aksiya

Ermənistanı kütləvi iğtişaşlar bürüyüb, etirazçılar dövlət idarələrini ələ keçirirlər

1166
(Yenilənib 11:17 16.04.2018)
Aksiya iştirakçıları baş nazir postuna Serj Sarkisyanın namizədliyinin irəli sürülməsinə etiraz edirlər

BAKI, 16 aprel — Sputnik. Bu gün yerli vaxtla saat 08:15-dən etibarən Yerevanda vətəndaş itaətsizliyi aksiyası başlayıb. Küçələr bağlanıb, şəhərdə avtomobillərin hərəkəti iflic olub.

Sputnik Ermənistan-ın məlumatına görə, Yerevanın Baqramyan, Moskovyan, Abovyan və digər küçələri hərəkətə qapadılıb. Aksiyaya tələbələr və bir sıra sürücülər qoşulub. Tələbələr Ermənistanın baş naziri postuna Serj Sarkisyanın namizədliyinin irəli sürülməsinə etirazlarını bildirirlər.

Məlumata gprə, Maştotsa prospekti də bağlanıb və burada iğtişaş baş verib. Şəhərin hər yerində tıxac hökm sürür. Etrazçılar az qala hər maşın uğrunda mübarizə aparırlar və bütün hərəkəti iflic ediblər.

  • Ermənistanda kütləvi aksiya
    Ermənistanda kütləvi aksiya
    © Sputnik / Лилит Арутюнян
  • Ermənistanda kütləvi aksiya
    Ermənistanda kütləvi aksiya
    © Sputnik / Ани Липаритян
  • Ermənistanda kütləvi aksiya
    Ermənistanda kütləvi aksiya
    © Sputnik / Ани Липаритян
  • Ermənistanda kütləvi aksiya
    Ermənistanda kütləvi aksiya
    © Sputnik / Давид Галстян
  • Ermənistanda kütləvi aksiya
    Ermənistanda kütləvi aksiya
    © Sputnik / Ани Липаритян
  • Ermənistanda kütləvi aksiya
    Ermənistanda kütləvi aksiya
    © Sputnik / Asatur Yesayants
  • Ermənistanda kütləvi aksiya
    Ermənistanda kütləvi aksiya
    © Sputnik / Asatur Yesayants
  • Ermənistanda kütləvi aksiya
    Ermənistanda kütləvi aksiya
    © Sputnik / Aram Nersesyan
1 / 8
© Sputnik / Лилит Арутюнян
Ermənistanda kütləvi aksiya

Polis tələbələri digər vətəndaşlarının hüquqlarını pozmamağa çağırıb. Bir sıra etirazçılar polislərə çiçək paylayaraq polisə və onların xidmtlərinə hörmət etdiklərini bildirirlər.

"Əgər Paşinyan (müxalifət lideri Nikol Paşinyan-red.) desə ki, gedin, biz çıxıb gedəcəyik" — deyə tələbələr bildirirlər.

Ermənistanın baş nazirinin korteji Abovyan küçəsində hərəkət edə bilməyib və Mxitar Heratsi adına Dövlət Tibb Universitetinə gedən dalana üz tutmalı olub. Bu gün parlamentdə Serj Sarkisyanın baş nazir postuna namizədliyi rəsmən irəli sürüləcək.

Paşinyan ötən gün öz çıxışında Yerevanda nəqliyyatın kollapsını təşkil edəcəyini bildirib. O, 10 il əvvəl baş verənləri xatırladıb. Onda Nikol Paşinyan hələ deputat deyildi. Jurnalist və qəzet redaktoru ola-ola yüz minlik izdhamı Levon Ter-Petrosyanın prezident seçilməsi üçün küçələrə çıxarmışdı.

Hazırda aksiya fəalları "Yelk" fraksiyasınını lideri Nikol Paşinyanın rəhbərliyi altında Yerevan Dövlət Tibb Kollecinin binasını dağıdırlar. Onlar tələbələri dərs prosesini boykot edərək aksiyaya qoşulmağa çağırırlar. Hazırda onlar kollecin binasını mərtəbə-mərtəbə gəzərək tələbələri dərsdən çıxarırlar.

Xatırladaq ki, Ermənistanda Paşinyanın təşəbbüsü ilə baş tutan "Mənim addımım" piyadaların etiraz aksiyası bütün ölkəni bürüməkdədir. Son bir neçə gündə Paşinyan və onun tərəfdarları 200 kilometrdən artıq piyada yol qət edərək aksiya keçirirlər.

Onların akisiyası Gümrü, Vanadzor, Spitak, Dilican, Abobyan və Razdan rayonlarını əhatə edir. Sonra onlar Yerevanda küçələrə çıxaraq avtomobillərin hərəkət etdiyi yolları bağlayıblar.

Aprelin 13-də Paşinyan və tərəfdarları Dövlət Tibb Universitetinə daxil olaraq rektorun otağına girməyə cəhd ediblər. Universitetin təhlükəsizlik xidmətinin iki əməkdaşı onlarla çarpışmada xəsarət alıb.

Aprelin 14-də etirazçılar polis kordonunun arasından keçərək Ermənistan İctimai Radiosunun binasına giriblər. Bu bina dövlət mühafizəsində olan strateji binadır. Aksiyaçılar binanın bağlı qapısını qıraraq radiostudiyaya daxil olublar.

Aprelin 14-dən 15-nə keçən gecə isə onlarla mitinqçi küçələrdə çadır quraraq gecəni orada keçiriblər. Etirtazçılar Serj Sarkisyanın baş nazir olmasını istəmirlər və onun hakimiyyətinini sona çatması uğrunda mübarizə aparırlar.

1166
Teqlər:
Nikol Paşinyan, Levon Ter-Petrosyan, Yerevan, etiraz, Serj Sarkisyan, Ermənistan, tələbə, prospekt, küçə, aksiya
Əlaqədar
Ermənistan parlamentini “yandırdılar”: Sarqsyana qarşı etirazlar böyüyür - VİDEO
Ermənistanda Sarqsyana qarşı kütləvi aksiyalar başlayır
Politoloq: “Ermənistan inanmalıdır ki, münaqişənin həlli vaxtıdır”
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

103
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

103
Musiqi qulaq asan şəxs, arxiv şəkli

Musiqi ilə məşq edin, o zaman...

9
Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

BAKI, 9 avqust — Sputnik. Tsukuba Universitetinin tədqiqatçıları 33 gəncin idman məşqlərini bitirdikdən sonra əhval-ruhiyyəsini qiymətləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məşqlər zamanı onlara musiqi və bir sıra səs siqnalları dinləndirilib. Musiqiyə qulaq asanların daha yaxşı əhval-ruhiyyədə olduğu və beyin testlərində daha yaxşı idrak performansı göstərdiyi məlum olub.

Alimlər iddia edirlər ki, insan fiziki işlə məşğul olan zaman musiqi dinləyərsə, bu onun əhval ruhiyyəsini yaxşılaşdırar.

"Musiqi ilə rəqs, səs siqnalları ilə müqayisədə həyat gücünü daha da artırır", - deyə qeyd edilir.

Əvvəlki tədqiqatlar göstərir ki, məşq beynin müəyyən bir hissəsində dorsolateral prefrontal korteks (DLPC) fəaliyyətini artırır.

Müəyyən edilib ki, beynin bu sahəsi aktivləşdirildikdə düşüncə, diqqət və qısamüddətli yaddaşa yol açır.

Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

Bir müddət əvvəl isə dietoloqlar yemək zamanı sakit musiqi dinləməyin qidalanma prosesini yavaşlatdığını açıqlamışdı.

9