Təbii yolla yetişdirilən cücələr

Toyuq bəsləyirdi, xoruza çevrildi

189
(Yenilənib 14:15 16.04.2018)
Kastamonu Universiteti Veterinarlıq fakültəsinin müəllimi, dosent Mustafa Hitit isə belə bir hadisəyə 1000-də bir, 1500-də bir rast gəldiyini qeyd edib

BAKI, 15 aprel — Sputnik. Türkiyənin Kastamonu vilayətində hobbi olaraq toyuq bəsləyən bir şəxs, həmin toyuğun xoruza döndüyünü iddia edib. Məsələni araşdıran Kastamonu Universiteti Veterinarlıq fakültəsinin müəllimi, dosent Mustafa Hitit də bu faktı təsdiqləyib.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, təqaüdçü Perihan Gürcan hobbi olaraq toyuq bəsləməyə başlayıb. Bir müddət sonra toyuğun artıq yumurtlamadığını müşahidə edib. Gürcan toyuğun xoruza döndüyünü iddia edib və Kastamonu Universiteti Veterinarlıq fakültəsinin əməkdaşlarını araşdırmaya dəvət edib. Onlar isə öz növbələrində bu faktı təsdiq ediblər.

Gürcan hadisənin tədricən baş verdiyini, əvvəlcə tüklərin, sonra isə səsinin dəyişdiyini bildirib. Təqaüdçü artıq neçənci dəfədir bu hadisənin başına gəldiyini deyib.

Kastamonu Universiteti Veterinarlıq fakültəsinin müəllimi, dosent Mustafa Hitit isə belə bir hadisəyə 1000-də bir, 1500-də bir rast gəldiyini qeyd edib. Hititin sözlərinə görə,
buna toyuqların yedikləri qidaların içərisindəki testosteronun miqdarının çoxluğu səbəb olur.

189
Əlaqədar
Böyük azərbaycanlının babasının dəfnində möcüzə baş verib
Azərbaycanda 16 yaşlı möcüzə-qız
Bakıda möcüzə baş verdi: ovuc boyda uşaq doğuldu
Hər kəsi əfsunlayan Bakı sakini bir möcüzə gözləyir
Bu da möcüzəsiz möcüzə