Зенитный огонь над Дамаском

İsrail: "Bu, Suriya, İran Hizbullaha mühüm mesajdır"

90
İsrailin təhlükəsizlik kabinetinin üzvü: "ABŞ, Böyük Britaniya və Fransanın Əsəd rejiminə qarşı təşkil etdiyi hava əməliyyatı Suriya, İran və Hizbullaha mühüm bir siqnaldır"

BAKI, 14 aprel — Sputnik. ABŞ, Böyük Britaniya və Fransanın Əsəd rejiminə qarşı təşkil etdiyi hava əməliyyatı Suriya, İran və Hizbullaha mühüm bir siqnaldır.

Sputnik Azərbaycan "Akşam"a istinadla xəbər verir ki, bunu İsrailin təhlükəsizlik kabinetinin üzvü, tikinti naziri Yoav Qalant deyib.

Nazir Qalant ABŞ, Böyük Britaniya və Fransanın Əsəd rejiminə qarşı keçirdiyi hava əməliyyatı ilə bağlı yayımladığı "twitter" mesajında "Kimyəvi silahdan istifadə qırmızı xəttin keçilməsidir və bu cür hücumlara göz yumulmayacaq"- deyib.

İsrailli nazir ABŞ rəhbərliyi altında Suriyaya edilən hava hücumlarının Suriya, İran və Hizbullaha mühüm bir mesaj olduğunu bildirib.

90
Əlaqədar
Türkiyənin bu açıqlaması Rusiya ilə əlaqələrə zərbə vuracaq
İranın ali dini lideri: "ABŞ, Fransa prezidentləri və Britaniya baş naziri cinayətkardır"
Suriyadakı hərbi əməliyyata qarşı etiraz aksiyaları keçirilir
Türkiyədən etiraf: "Suriyada əməliyyat məlumatı bizə əvvəlcədən verilib"
Rus səfirindən xəbərdarlıq: "Nəticəsiz qalmayacaq, Vaşinqton, London və Paris..."