ABŞ prezidenti Donald Tramp

Trampın Suriyanı vurmaqda gizli məqsədi açıqlandı

498
(Yenilənib 12:38 14.04.2018)
Dövlət Dumasının deputatı Andrey Krasov: "Liviya məsələsi təkrarlanır"

BAKI, 14 aprel — Sputnik. Özünün Suriyadakı hərəkətləri ilə ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanın atılmış raketlər üzrə rekordunu təzələmək və buna görə Nobel sülh mükafatını almaq istəyir. Rusiya Dövlət Dumasının Müdafiə üzrə komitəsinin sədr müavini Andrey Krasov belə bir bəyanatla çıxış edib.

"Liviya məsələsi təkrarlanır. Nobel sülh mükafatı laureatı Obama dünyanın müxtəlif yerlərinə 900-dən artıq raket atıb. Deyəsən, Tramp da Nobel sülh mükafatını almaq istəyir. O sələfinin rekordunu yeniləmək arzusundadır" — deyə deputat RİA Novosti-yə bildirib.

Lakin onun fikrincə artıq dövr dəyişib və hərbi cinayətlərə görə Liviyadakı kimi Nobel mükafatı verilməyə bilər. 

"İndiki halda söhbət hərbi cinayətdən gedir. ABŞ, Böyük Britaniya və Fransaya suveren dövlətlətə zərbə endirmək üzrə müstəsna hüquq verilməyib" — Krasov qeyd edib.

Amerika Birləşmiş Ştatları Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

Onun sözlərinə əsasən, hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir.

498
Mövzu:
ABŞ və müttəfiqlərinin Suriyaya qarşı hərbi əməliyyatı (23)