Karakas sakini alovlar içində küçə ilə qaçır

İlin ən yaxşı “faciə” fotosu elan edilib FOTO

41
(Yenilənib 03:14 14.04.2018)
Foto Karakasda onlarla insanın xəsarət aldığı aksiyalar zamanı çəkilib

BAKI, 14 aprel — Sputnik.  İlin ən yaxşı fotosu elan edilib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, World Press Photo beynəlxalq müsabiqəsinin qalibləri məlum olub. Məlumata görə, ilin ən yaxşı şəkli venesuelalı fotoqraf Ronaldo Şemidtin işi olub. Bu barədə müsabiqənin saytında qeyd edilir.

Venesuelalı fotoqraf Ronaldo Şemidt
© AFP 2018 / EMMANUEL DUNAND
Venesuelalı fotoqraf Ronaldo Şemidt

Fotoda Karakas sakini alovlar içində küçə ilə qaçır. Şəkil Karakasda onlarla insanın xəsarət aldığı aksiyalar zamanı çəkilib. Məlumata görə, 28 yaşlı kiçi etiraz aksiyası zamanı yanında yandırıcı maddənin partlaması nəticəsində alovlanıb. Fotoqraf təsiredici məqamı tuta bilib.

Ötən il münsiflər ilin ən yaxşı fotosu kimi Associated Press agentliyinin fotoqrafı Burhan Ozbiliçin fotosunu seçmişdi. Foto Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu qətlə yetirən şəxsin şəkli idi.

O vaxt bu seçim müsabiqədə iştirak edən bir çoxlarını narahat etmişdi. Çünki qatilin şəklinin yayımlanması insanlara fərqli təsir göstərə bilər.

41
Teqlər:
foto, müsabiqə, Venesuela, qələbə