BAKI, 14 aprel — Sputnik. Futbol dünyasında döymələri ilə məşhur olan Dani Alves, İbrahimoviç kimi futbolçulardan fərqli olaraq Kriştianu Ronaldu bədəninə döymə etməməsi ilə diqqəti çəkənlər sırasındadır.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz idmançı mütəmadi olaraq qan donorluğu etdiyi üçün döymə etdirməkdən uzaq gəzir.
Ronaldu 2017-ci ildə iki dəfə qan verdiyi üçün sosial şəbəkələrdə müzakirə olunub, eyni zamanda komanda yoldaşı Karlos Martinin oğluna mütəmadi olaraq ilik donorluğu edir. O, donorluğu haqqında bunları deyib: "Martinsin oğlunun səhhəti haqqında hamımız məlumatlı idik. Bütün komanda olaraq ona kömək etməyə çalışırıq. Bir çox insan ilik verməyin çətin olduğunu düşünür. Amma bu qan verməkdən heç də fərqlənmir”.
Qeyd edək ki, döymə edən insanın qanına infeksiya düşmə riski çox olduğu üçün 1 il ərzində digər insana qan verə bilməz.
BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.
Loni Willison littering the trash again.https://t.co/3BpxiKh3Hf
— Maraaz.Com (@Maraazcom) January 15, 2021
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.
BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.
"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.
BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.
Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.