Donald Tramp, arxiv şəkli

ABŞ prezidenti Suriyadakı 8 hədəfdən danışdı

40
(Yenilənib 23:53 13.04.2018)
Hədəflərdən ikisi Suriyadakı hava bazaları, biri isə araşdırma mərkəzi ola bilər

BAKI, 14 aprel — Sputnik. ABŞ prezidenti Donald Tramp Milli Təhlükəsizlik Şurasının toplantısından sonra jurnalistlərin suallarını cavablandırırb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən məlumatına görə, Tramp deyib ki, Suriya ilə bağlı son qərar verilməyib. Bununla yanaşı o, ABŞ-ın Suriyada səkkiz mümkün hədəfə hücum üzərində düşündüyünü də vurğulayıb.

Administrasiyadakı adının açıqlanmasını istəməyən mənbə isə bildirib ki, hədəflərdən ikisi Suriyadakı hava bazaları, biri isə araşdırma mərkəzi ola bilər.

40
Teqlər:
hədəf, Donald Tramp, Suriya, qərar
Mövzu:
ABŞ və müttəfiqlərinin Suriyaya qarşı hərbi əməliyyatı (23)