Türkiyə yunanların bu iddiasını da təkzib etdi

© Photo : TRENDМИД Турции
МИД Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Ankara: Yunanıstanın hərbi təyyarəsinin qəzaya uğramasının Türkiyə ilə əlaqəsi yoxdur

BAKI, 13 aprel — Sputnik. Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000” tipi bir pilotlu döyüş təyyarəsinin Eğriboz (Eyvia) yarımadasının şərqindəki İskiri (Skyros) adası yaxınlığında qəzaya uğramasının Türkiyə ilə heç bir bağlılığı yoxdur.

Türkiyə rəsmi mənbələrinin məlumatlarına görə, hadisə baş verən ərazidə Türkiyəyə məxsus hərbi təyyarə olmayıb.

Qəzadan sonra Türkiyənin baş naziri Binəli Yıldırım ilə Yunanıstan baş naziri Aleksis Sipras arasında telefon danışığı olub. Türkiyə hökumətinin başçısı qəzada həlak olan pilota görə yunanıstanlı həmkarına başsağlığı verib.

Qeyd edək ki, son vaxtlar Yunanıstanın müəyyən rəsmi dairələrindən Türkiyə əleyhinə sərt bəyanatlar səslənməkdədir. Rəsmi Ankara isə hesab edir ki, müəyyən dairələr məqsədli şəkildə iki ölkə arasında gərginlik yaratmağa çalışır.

Xəbər lenti
0