ABŞ gəmiləri

ABŞ donanması Britaniya aviasiyası hərəkətə keçdi, əsgərlər ailələri ilə vidalaşdılar

660
(Yenilənib 13:27 12.04.2018)
ABŞ hərbi donanmasını bir müddət Almaniya Hərbi Dəniz Qüvvələrinin tərkibində xidmət etmiş "FGS Hessen" freqatı da müşayiət edəcək

BAKI, 12 aprel — Sputnik. Prezident Donald Trampın müharibə siqnalı kimi qəbul edilən "Twitter" mesajı ilə çalxalanan dünya bu dəfə ABŞ-ın Virciniyadakı dəniz bazasından ayrılıb, Aralıq dənizinə doğru irəliləyən döyüş gəmilərini izləyir.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, ABŞ "USS Harry Truman" aviadaşıyıcısı və 7 hərbi gəmisi Virciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Aralıq dənizinə yola düşüb. Bununla əlaqədar minlərlə Amerika əsgəri ailələri ilə vidalaşıb. ABŞ hərbi donanmasını bir müddət Almaniya Hərbi Dəniz Qüvvələrinin tərkibində xidmət etmiş "FGS Hessen" freqatı da müşayiət edəcək.

Amerika əsgəri ailəsi ilə vidalaşır
© Photo : U.S. Navy/Mass Communication Specialist 2nd Class Lindsey E. Skelton/Handout via REUTERS
Amerika əsgəri ailəsi ilə vidalaşır

Bu arada, Ağ Ev və Dövlət Departamenti Donald Trampın "Twitter" mesajını yumşaldan açıqlamalar verib. Ağ Evin sözçüsü Sara Sanders bildirib ki, Suriya ilə bağlı variantların hamısı masa üzərindədir və hələ ki, son qərar verilməyib.

Müharibə həyəcanı Avropada da yaşanır. Belə ki, Böyük Britaniyanın Cənubi Kiprdə yerləşən Akrotiri hərbi hava bazasına çoxlu sayda Britaniya qırıcısı cəmlənib. Bu gün Böyük Britaniyannın Nazirlər Kabineti Suriyada atılacaq addımları müzakirə etmək üçün toplanacaq. Baş nazir Tereza Meyin parlamentdən razılıq almadan Suriyada əməliyyata qatılmaq üçün hazır olduğu deyilir.

ABŞ USS Harry Truman aviadaşıyıcısı və 7 hərbi gəmisi Virciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Aralıq dənizinə yola düşüb
© REUTERS / U.S. Navy/Mass Communication Specialist Seaman Christopher Roys/Handout via REUTERS
ABŞ "USS Harry Truman" aviadaşıyıcısı və 7 hərbi gəmisi Virciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Aralıq dənizinə yola düşüb

İsrail isə yenidən İranı hədəfə alıb. "Əgər İran Suriya torpaqlarından istifadə edərək İsrailə hücum edərsə, biz də Bəşər Əsəd rejimini xəritədən və dünyadan silərik", — deyə İsrail ordusundan bildirilib.

660
Teqlər:
gəmi, Donald Tramp, donanma, Twitter, Aralıq dənizi, Suriya, Amerika, Böyük Britaniya, əsgər, prezident
Əlaqədar
ABŞ-ın Rusiyaya vurduğu "zərbə" Almaniyaya dəydi
Rusiyadan ABŞ-a “hərbi cavab” hədəsi gəldi
ABŞ-dan hücum əmri: Hədəflər açıqlandı, donanma hərəkətə keçdi
İrandan ABŞ-a qarşı yeni təhdid
Avtomobil tıxacı, arxiv şəkli

Bakı tıxaclarına necə dərman olardı yeniliyi məmurlara təqdim elədilər - VİDEO

16
Mütəxəssislərin fikrincə, sosial məsafənin qorunması tələb olunan bir zamanda uçan taksinin adi taksilərdən üstünlüyü şübhəsizdir

BAKI, 3 avqust — Sputnik. Airbus ötən həftə ilk dəfə CityAirbus (uçan taksi) kimi tanınan eVTOL təyyarəsini Bavariyada dövlət işçiləri və jurnalistlərə təqdim edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Travel and Leisure yazıb.

“Uçan taksi” dörd sərnişini  100 km məsafəyə 120 km/saat sürətlə daşıya bilir. eVTOL məsafədən idarə olunur və elektrik enerjisi ilə işləyir.

​Onun yaradıcıları ümid edirlər ki, gələcəkdə böyük şəhərlərdə tıxaclardan qurtulmaqda bu taksilərin rolu böyük olacaq. Hər nəqliyyat vasitəsinin dörd propelleri var. Uçan taksiyə sürücü gərək deyil. Mütəxəssislərin fikrincə, sosial məsafənin qorunması tələb olunan bir zamanda uçan taksinin adi taksilərdən üstünlüyü şübhəsizdir. Əlavə olaraq, uçan taksi, demək olar ki, səssizdir.

Uçan taksini ilk dəfə elə Almaniyada, ötən ilin dekabrında test ediblər. Onun nə vaxt kütəvi istifadəyə veriləcəyi isə hələ bilinmir.

 

16
 Ciyərin rentgeni, arxiv şəkli

Şar üfürmək olmaz pulmonoloq ciyərlərin bərpasından danışır

89
(Yenilənib 23:01 03.08.2020)
Иronxların “dezinfeksiyası” üçün yağlı inhalyasiyalar etməyə gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər

BAKI, 3 avqust — Sputnik. Koronavirusdan sonra ciyərləri bərpa etməyin bir neçə yolu var, amma internetdə dərc olunmuş bəzi məsləhətlər təhlükəli ola bilər.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, bunu Sankt-Peterburqun 2 saylı çoxprofilli xəstəxanasının pulmonoloqu İrina Kroşkina deyib.

Onun sözlərinə görə, xəstəlikdən sağalandan sonra şar üfürmək olmaz, çünki bu, ağciyərləri gücə salır. Ağciyər toxuması zəifləmiş olduğundan pnevmotoraks (havanın plevra boşluğunda yığılması, ağciyərin tam və ya qismən kollapsına səbəb olur) əmələ gələ bilər. Həmçinin bronxların “dezinfeksiyası” üçün yağlı inhalyasiyalar etməyə də gərək yoxdur. Efir yağı respirator boruya düşdükdə alveolit başlaya bilər (ağciyər alveollarının iltihablaşması ilə fibroz əmələ gəlməsinə meyllilik).

“Tibbi ədəbiyyatda “yağlı pnevmoniyalar” təsvir olunub, bunlar, yeri gəlmişkən, çox ağır keçirilir. Nəfəs yollarına havadan başqa heç nə keçməməlidir”, - pulmonoloq qeyd edib.

O, ağciyərlərin bərpasında müsbət nəticə verə biləcək metodları açıqlayıb. Həkimin sözlərinə görə, rahat templə piyada gəzmək çox xeyirdir. Bu zaman çubuqdan (əsadan) da istifadə etmək olar. Tədricən isə həm yerişin intensivliyini artırmaq, həm də marşrutu uzatmaq gərəkdir. Həmçinin saman çöpü ilə suyun üzərinə üfürmək olar: “Ləng surətdə hava alın, dördəcən sayıb nəfəsinizi saman çöpüylə verin – nəfəs verməyiniz almağınızdan 1,5 dəfə uzun olmalıdır, yəni nəfəs verərkən 6-dək saymaq lazımdır”. 

 

89
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirus öləcək: maskanı benzinə batırın...
COVID-19-dan sağalanlara iki vitamin məsləhət gördülər
Koronavirusu spreylə dayandıracaqlar
Əvvəl risk qrupundakılar, sonra isə hamı - kütləvi peyvəndin başlama tarixi uzaqda deyil
Ağciyəri təmizləməyin ən yaxşı 7 üsulu

Salyanda zəncirvari qəza: yaralılardan biri baş həkimdir

0
Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb

BAKI, 4 avqust — Sputnik. Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewoo”, “Toyota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan kəllə-beyin travması alan “Toyota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzam xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.

0