Uşaq əli

Ana uşağını satışa çıxardı

46
(Yenilənib 01:05 12.04.2018)
Qadın onlara vurduğu mənəvi zərərə görə otaq yoldaşının həbs edilməsini istəyib

BAKI, 12 aprel — Sputnik. Rusiyanın Çelyabinsk şəhərində yaşayan Lyudmilla Sadryeva uşağının orqanlarını 4 min 400 dollara satışa çıxarıb.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya saytlarından birində yer alan elanda "Uşağım sağlamdır və uşağı alan istədiyi kimi istifadə edə bilər" yazılıb. Elan sürətlə sosial şəbəkələrdə paylaşılıb və gündəmi ələ keçirib. Rus polisi qadını məsuliyyətə cəlb edib. Polis qadından ifadə alan zaman qadın hadisədən xəbərsiz olduğunu deyib. Ana iddia edib ki, bir yerdə yaşadığı otaq yoldaşı ondan intiqam almaq üçün belə bir elan verib.

Ana polisə bildirib ki, ölüm təhdidləri alıb və buna görə də uşağını məktəbə qoymayıb. Onlara vurduğu mənəvi zərərə görə otaq yoldaşının həbs edilməsini istəyib.

46
Teqlər:
daxili orqan, övlad, satış, Rusiya, ana