BAKI, 11 aprel — Sputnik. Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampa cavab verib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya prezidenti vəziyyətin son dərəcə təhlükəli olduğunu deyib və sağlam düşüncənin qalib gələcəyinə inandığını qeyd edib.
Vladimir Putin 17 ölkənin səfirinin etimadnaməsini qəbul edərkən Suriyada yaşanan son hadisələrə, eləcə də ABŞ-ın son bəyanatlarına toxunub. Dövlət başçısı bildirib ki, dünyadakı vəziyyət son dərəcə təhlükəli hal alır: "Vəziyyət getdikcə xaotik hal alır. Amma biz yenə də ümid edirik ki, sağlam düşüncə qalib gələcək, beynəlxalq münasibət konstruktiv məcraya yönələcək, bütün dünya sistemi daha stabil və proqnozlaşdırılan olacaq".
Rusiya prezidenti ölkəsinin bundan sonra da qlobal və regional təhlükəsizliyin tərəfdaşı kimi çıxış edəcəyini vurğulayıb: "Biz bundan sonra da beynəlxalq öhdəliklərimizə sadiq qalacağıq. Rusiya bütü ölkələrlə siyasi dialoqu gücləndirmək, ticari və iqtisadi əlaqələri genişləndirmək yolunu tutacaq".
ABŞ prezidenti Donald Trampın bəyanatlarını Twitter vasitəsi ilə verməsinə Kremldən rəsmi münasibət bildirilib. Prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiyanın Twitter diplomatiyası aparmadığını bəyan edib: "Daha ciddi yanaşmanın tərəfdarıyıq. Əvvəlki kimi o fikirdəyik ki, çox həssas vəziyyətə ziyan verə biləcək addımlardan qaçmaq lazımdır".
Xatırladaq ki, Donald Tramp bu gün Twitter-də açıqlama ilə çıxış edərək Rusiyanı hədələyib: "Rusiya, hazırlaş! Raketlər gəlir".
BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.
Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.
O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.
BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.
Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.
BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.