Suriya

Suriyanın növbəti geriyə addımı ilə nəticələnəcək?

135
(Yenilənib 20:01 10.04.2018)
Suriya ordusu və milisləri hücum ehtimalına qarşı həyəcan siqnalına keçib

BAKI, 10 aprel — Sputnik. Suriya ordusunda həyəcan yaşanır.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Suriya ordusu və milisləri hücum ehtimalına qarşı həyəcan siqnalına keçib. Hədəf ola biləcək bəzi hərbi bazalar boşaldılır.

Keçən il Suriyanın Xan Şeyxun şəhərində 80-dan çox insanın ölümü ilə nəticələnən kimyəvi silahın tətbiqindən sonra ABŞ Suriyada rejimə məxsus hərbi hədəfləri raketlərlə vurmuşdu. Onlarca raket dənizdəki döyüş gəmilərindən atılmışdı.

Qeyd edək ki, ABŞ Suriyanın Duma şəhərində kimyəvi silah tətbiq olunması barədə informasiya fonunda Suriyaya hərbi müdaxilə ediləcəyini istisna etməyib.

135
Əlaqədar
Politoloq: “Suriya hökumətinə qarşı əlavə sanksiyalar tətbiq olunmalıdır”
ABŞ Suriya ilə bağlı qərarını verdi
Trampdan növbəti səs-küylü bəyanat: Bu dəfə Suriya barədə
Azərbaycandan Qarabağa yerləşdirilən Suriya erməniləri ilə bağlı çağırış
İran Suriya barədə xəbərdarlıq etdi