Dubay

Dubayda avtomobillər böyük bir kömpüterə çevrilir: İlk dəfə...

41
(Yenilənib 19:26 10.04.2018)
Bu texnologiya may ayında sınaqdan keçirilməyə başlayacaq və noyabr ayına qədər yoxlanacaq

BAKI, 10 aprel — Sputnik. Dubayda avtomobillərdə metal dövlət nömrə nişanları rəqəmsal qeydiyyat nişanları ilə əvəz ediləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Tag to Connect adlanan rəqəmsal nömrələr – ağıllı ekrandır. "Onlar metal nömrələri əvəz edəcək" — deyə Yol və Nəqliyyat İdarəinin nümayəndəsi Sultan Abdulla əl Mərzuqi bildirib.

"Belə nömrələr sürcüləri hər il xidmət mərkəzlərinə gəlib nömrələrin yenilənməsi ehtiyacından azad edəcək. Avtomobillərin qeydiyyatı isə texniki baxışdan sonra avtomatik yenilənəcək"- deyə o qeyd edib.

Onun sözlərinə görə, avtomobil sahibləri qeydiyyat nömrələrini mobil yükləmələr və ya idarənin saytı vasitəsilə yeniləyə biləcəklər.

Avtomobilin oğurlanması zamanı rəqəmsal nömrələrdə "oğurlanıb" sözü qeyd ediləcək, tıxaclar və törədilmiş qəzalar barədə digər sürücülərə məlumat verəcək.

Şəhərdə parklama üçün ödəniş də rəqəmsal nömrə işarərələrinə bağlanmış elektron cüzdan sistemi vasitəsilə ödəniləcək.

Bu texnologiya may ayında sınaqdan keçirilməyə başlayacaq və noyabr ayına qədər yoxlanacaq.

41
Əlaqədar
Şarfı avtomobilin təkərinə dolandı, indi ölüm-dirim savaşı verir
"Sahil" metrostansiyası yaxınlığında avtomobil yanıb
Şəhər polisi avtomobillərdən oğurluq edən şəxsləri saxlayıb
Azərbaycanda İranla müştərək avtomobil zavodu açıldı