Keçmiş prezidentlər məhkəmə qarşısında

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidПрезидент Республики Корея Ли Мен Бак (справа) перед первым пленарным заседанием лидеров экономик АТЭС
Президент Республики Корея Ли Мен Бак (справа) перед первым пленарным заседанием лидеров экономик АТЭС - Sputnik Azərbaycan
Abunə olmaq
İttiham aktına 10,4 milyon dollar məbləğində rüşvət, vergidən yayınma və sair daxildir

BAKI, 9 aprel — Sputnik. Keçmiş Cənubi Koreya (CK) prezidenti Li Men Bak korrupsiyada ittiham edilir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, məhkəmə qarşısına çıxan 4-cü CK prezidentidir.

Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula da Silva, arxiv şəkli - Sputnik Azərbaycan
Keçmiş prezident həbs edildi

Eks-prezident Pak Kın Xe 24 il korrupsiyada ittiham olunaraq, azadlıqdan məhrum edildikdən sonra, Cənubi Koreya Prokurorluğu onun sələfi olan Li Men Bakı həbs edib. O, 2008-2013–cü illərdə prezident postunda olub. İndi isə 16 maddə ilə qanunu pozmaqda ittiham edilir.

Hazırda iş adamı olan Li Men Bak həbsdədir. İttiham aktına 10,4 milyon dollar məbləğində rüşvət, vergidən yayınma və s. daxildir. Bununla yanaşı, prokurorluq ittihamın böyük bir hissəsini qəbul etməyən eks-prezidentin hesablarını dondurmağı da planlaşdırır.

Qeyd edək ki, Cənubi Koreya məhkəməsi qarşısına hərbi diktator Çon Du Xvan və onun varisi Ro De U da çıxıb.

Xəbər lenti
0