Təcili tibbi yardım maşını

Xəstəxanadan çıxdı, bir neçə saat küçədə can verdi - VİDEO

835
(Yenilənib 00:10 09.04.2018)
Hadisə aprelin 2-də baş versə də, sosial şəbəkələrdə aprelin 7-si yayılıb

BAKI, 8 aprel — Sputnik. Sosial şəbəkələrdə yaşlı bir kişinin öldüyünü əks etdirən görüntülər yer alıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, nəzarət kameraları tərəfindən qeydə alınmış görüntülərdə Velikiy Novqorod şəhərində xəstəxana ətrafında kişinin bir neçə saat ərzində necə öldüyü öz əksini tapıb.

Məlumata görə, kişi xəstəxanada müayinə edildikdən sonra küçəyə çıxıb. Xəstəxanaya onu təcili yardım gətirib. Onu həkimlər müayinə edib və mütəxəssisə istiqamətləndiriblər. Bundan sonra o xəstəxananı tərk edib. Küçədə onun halı yenidən pisləşib. Həkimlər yenidən onun yanına gedəndə kişi artıq ölmüş olub.

Bildirilir ki, hadisə aprelin 2-də baş versə də, sosial şəbəkələrdə aprelin 7-si yayılıb.

835
Teqlər:
təcili yardım, kişi, ölüm, xəstəxana