Polis Berlin marafonu vaxtı keşik çəkir, 8 aprel 2018-ci il

Berlin marafonunu qana boyamaq istəyən 4 nəfər həbs edilib

34
(Yenilənib 20:28 08.04.2018)
Onların 2 il öncə Belindəki Yeni İl bazarındakı insanların üzərinə maşın sürərək 12 nəfəri öldürən Anis Əmiriyi ilə əlaqədə olduqları bildirilir

BAKI, 8 aprel — Sputnik. Almaniyada son anda Berlin marafonu zamanı terror aktının qarşısı alınıb. Sputnik Azərbaycan "Die Welt"ə istinadən xəbər verir ki, marafon zamanı insanlara bıçaqla hücum etməyə hazırlaşan 4 nəfər tutulub.

Onların 2 il öncə Berlindəki Yeni İl bazarındakı insanların üzərinə maşın sürərək 12 nəfəri öldürən Anis Əmiriyi ilə əlaqədə olduqları bildirilir. Alman polisi 32 min insanın iştirakı ilə keçirilən marafona hücum planları ilə bağlı araşdırmaları davam etdirir.

34