Nikolay Starikov

Rus politoloqdan Türkiyəyə terror xəbərdarlığı

319
(Yenilənib 14:11 08.04.2018)
“Qərb bundan sonra Türkiyə üzərində təzyiqlərini artıracaq”

BAKI, 8 aprel — Sputnik.  Rusiyalı siyasi analitik və yazar Nikolay Starikov Türkiyəyə terror xəbərdarlığı ünvanlayıb.

Sputnik Azərbaycan "Haber 7"yə istinadən xəbər verir ki, Rusiyanın NTV kanalının "Mesto Vstreçi" (Görüş Yeri) adlı canlı proqramda danışan rus politoloq bildirib ki, Vladimir Putin prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi qərbin xoşuna gəlməyə bilər. Buna görə də yaxın zamanlarda Türkiyədə terror hadisələrinin olacağı istisna edilmir.

"Qərb bizimlə danışmaq istəmir. Qapılarını bağlayıb. Fəqət Türkiyə qapılarını açıb və biz də ora gedirik. Ancaq demək lazımdır ki, qərb bundan sonra Türkiyə üzərində təzyiqlərini artıracaq. Bu səbəbdən də yaxın zamanlarda mən Türkiyədə terror hadisələrinin olacağını düşünürəm" – deyə o bildirib.

319
Teqlər:
Nikolay Starikov, xəbərdarlıq, Türkiyə, terror