Gürcüstan hökuməti

Onların hər birinin ailəsinə 20 min dollar veriləcək

230
(Yenilənib 21:35 07.04.2018)
Statistik məlumatlara görə, son 15 ay ərzində Tkibuli şaxtalarında 11 nəfər ölüb

BAKI, 7 aprel — Sputnik. Dünən Gürcüstanda mədəndə qəza nəticəsində həyatını itirən şəxslərə görə matəm elan edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Tkibuli şəhərində Mindeli mədənində 6 nəfər olub. Onlardan ən yaşlısı 58, ən gənci isə 25 yaşında olub. Mədənin dağılmasının səbəbləri mütəxəssislər tərəfindən araşdırılacaq.

Xatırladaq ki, mədən fəaliyyətə 30-cu illərdə başlayıb. Orada bərpa işləri isə sonuncu dəfə 60-cı illərdə aparılıb.

Statistik məlumatlara görə, son 15 ay ərzində Tkibuli şaxtalarında 11 nəfər ölüb.

Məlumata görə, mədəndə həyatını itirən şəxslərin ailələrinə 20 min dollar məbləğində yardım göstəriləcək.

230
Teqlər:
təzminat, ölənlər, qəza, mədən, Gürcüstan