Almaniyada fövqəladə hadisə: Maşını insanların üzərinə sürdü

© Photo : dpa / AFPПолицейские на месте происшествия в городе Мюнстер, где грузовик въехал в толпу пешеходов, 7 апреля 2018 года
Полицейские на месте происшествия в городе Мюнстер, где грузовик въехал в толпу пешеходов, 7 апреля 2018 года - Sputnik Azərbaycan
Abunə olmaq
Ən azı 3 nəfər ölüb, 50 nəfər yaralanıb

BAKI, 7 aprel — Sputnik. Almaniyanın Münster şəhərində sürücü yük maşınını insanların üzərinə sürüb. Sputnik Azərbaycan "Rheinische Post"a istinadən xəbər verir ki, ən azı 3 nəfər ölüb, 50 nəfər yaralanıb. Sürücü hadisədən sonra özünü öldürüb.

​​Polis hadisənin qəsdən törədildiyini ehtimal edir. Sürücü maşını "Kiepenkerl" barı yaxınlığında stulda oturan bir qrup insanın üzərinə sürüb.

​Hadisə yerinə polis vertolyotları gəlib, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə partlayıcı maddə axtarırlar.

​Polis şəhərdə xüsusi vəziyyət elan edib, insanları olay yerinə yaxınlaşmamağa çağırıb.

Xəbər lenti
0