Bu fantastika deyil: Afrika iki yerə bölünür – VİDEO

© AFP 2023 / SIMON MAINAKeniyanın paytaxtı Nayrobi yaxınlığında torpaq çatı, 6 aprel 2018-ci il
Keniyanın paytaxtı Nayrobi yaxınlığında torpaq çatı, 6 aprel 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Gələcəkdə bu ərazi su altında qalacaq və Keniya bir adaya çevriləcək

BAKI, 7 aprel — Sputnik. Şərqi Afrikada baş verən geoloji proseslər yaxın gələcəkdə fəlakətli nəticələrə gətirib çıxara bilər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Afrika qitəsi yavaş-yavaş iki hissəyə bölünür, dərin çatlar yaranır. Bu da bölgədə nəqliyyat və şəhər infrastrukturu üçün təhlükə yaradır.

Alimlərin iddiasına görə, Afrikanın şərq hissəsi 3-4 milyon il sonra materikdən tamamilə ayrılacaq.

Torpaq qatının deformasiyaya uğraması böyük rift vadisindən Livandan Mozambikə və Qırmızı dənizə qədər ərazidə 6 min kilometrlik  geoloji çatın yaranmasına gətirib çıxarıb. Nubiya və Somalini bir-birindən ayıran iki piltənin bir-birindən ayrılma məsafəsi ildə 6-7 millimetr təşkil edir.

Gələcəkdə bu ərazi su altında qalacaq və Keniya bir adaya çevriləcək.

Afrika qəbilələri - Sputnik Azərbaycan
Afrika tayfalarının özlərini əla hiss etmələrinin səbəbi bəlli olub

Geoloq David Adedenin sözlərinə görə, rift uzun müddət tektonik olaraq qeyri-aktiv qaldığına baxmayaraq, yer üzünün qabığında kiçik hərəkətlər meydana gələ bilər və bu da səthdə çox sayda çatların meydana gəlməsinə səbəb ola bilər.

Martın 19-da Keniya yolunu kəsən böyük çat dərhal təmir edilsə də, bu müvəqqətidir və onu dağılmaqdan mühafizə etmir.

Alimlərin verdiyi məlumata görə, gələcəkdə vəziyyət daha da pisləşəcək. Nəticədə, bölgədə insanların həyatı üçün təhlükəli olan təbii fəlakətlər ortaya çıxacaq. Buna görə də, yeni çatlaqların meydana gəlməsini proqnozlaşdırmaq üçün çat xətlərinin xəritəsini çəkmək lazımdır. Və yeni binalar və mühəndis strukturları qurarkən bunu nəzərə almaq lazımdır.

Qeyd edək ki, bölgədə baş verənləri əks etdirən video sosial şəbəkələrdə yer alıb. Bildirilir ki, çatın hazırkı eni 6 metr, dərinliyi 15 metrdir.

Xəbər lenti
0