Yunanıstan və Türkiyə arasında bir ilk yaşandı: Qırıcılar havaya qaldırıldı

© AP Photo / Burhan OzbiliciTürkiyəyə məxsus ANKA dronu
Türkiyəyə məxsus ANKA dronu - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə martın sonlarından öz istehsalı olan dronları Egey və Aralıq dənizləri üzərində kəşfiyyata göndərməyə başlayıb

BAKI, 6 aprel — Sputnik. Yunanıstanın hərbi-hava qüvvələri ilk dəfə olaraq Egey dənizi üzərində Türkiyəyə məxsus pilotsuz uçan aparatı ələ keçiriblər. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən məlumat verir.

Məlumata əsasən, Anka şirkətinin istehsal etdiyi aparat Rodos və Kastelorizo adaları arasında uçuş həyata keçirərək Yunanıstanın hava məkanına daxil olub.

Bunun ardınca Yunanıstana məxsus iki F-16 qırıcısı Kasteli aviabazasından havaya qalxaraq dronu ələ keçirib.

Türkiyə martın sonlarından öz istehsalı olan dronları Egey və Aralıq dənizləri üzərində kəşfiyyata göndərməyə başlayıb.

Anka aparatları kəşfiyyat apara bilir. İlk başlanğıcda ordu üçün hazırlansalar da, artıq onlardan donanma üçün də istifadə olunur.

Xəbər lenti
0