Türkiyədə təcili yardım

Türkiyədə partlayış olub, ölən yaralananlar var

169
(Yenilənib 16:39 06.04.2018)
Partlayış nəticəsində bir nəfər ölüb, çoxlu sayda insan xəsarət alıb

BAKI, 6 aprel — Sputnik. Türkiyənin Qaziantep bölgəsində metal tullantılarının olduğu yerdə partlayış baş verib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, çoxlu sayda insan xəsarət alıb.

Hadisə bu gün səhər saatlarında baş verib və hələlik səbəbi məlum deyil. Hadisə yerinə polis, tibb və yanğınsöndürmə briqadası cəlb edilib. 1 nəfər hadisə yerində dünyasını dəyişib. Araşdırmalar davam etdirilir.

169
Teqlər:
metal tullantıları, Qaziantep bölgəsi, partlayış, Türkiyə
Əlaqədar
Limandakı partlayış nəticəsində bir neçə fəhlə yaralandı
Əfqanıstanda güclü partlayış - Ölənlər və yaralananlar var
Yaşayış binasında tələfatla nəticələnən partlayış kameralara belə düşdü
Mobil telefon partlayaraq sahibini məhv etdi
ABŞ-da kimya zavodu partladı: İtkin düşən və yaralananlar var - VİDEO