Hərəkətdə olan avtobusdan yıxıldı və xəsarət aldı

© AFP 2023Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli
Türkiyədə təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alan qadın fiziki qüsurlu olub

BAKI, 6 aprel — Sputnik. Türkiyədə baş verən hadisə zamanı bir qadın ciddi xəsarət alıb. Təkirdağda avtobus sürücüsü qapını açıq qoyaraq idarə etməkdə davam edib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, qadın avtobusa minərək açıq qapının qarşısında dayanıb. Avtobus dönən zaman qadın müvazinətini itirərək yola yıxılıb. Qadın dəsmal satan və “Kadroş” adı ilə tanınan fiziki qüsurlu Kadriyyə E olub. Xoşbəxtlikdən o, sağ qalıb.

Qadının yıxılma anını avtobusun kamerası qeydə alıb. Həmin videogörüntü mediada yayılıb. 

Xəbər lenti
0