Burada yaşayan insanlara ölmək qadağandır

© Photo : Tore Meek / NTB scanpix / AFPLongyearbyend
Longyearbyend - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ ayıların çox yaşadığı bu ərazidə hər kəs gəzinti zamanı özü ilə silah götürməlidir.

BAKI, 6 aprel — Sputnik. Svalbard arxipelaqının mərkəzi olan Longyearbyend dünyanın ən şimal hissəsində yerləşir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Svalbard adalarında cəmi 2000 nəfər yaşayır. Longyearbyendə evlərlə yanaşı bir universitet də var. 

Adada ən çox insan Longyearbyendə məskunlaşıb. Burada ilin çox hissəsində dondurucu soyuqlar hökm sürür. Əhalinin əsas qidası balıqdır. Ən isti havada temperatur +6 dərəcə olur. 

Darçın - Sputnik Azərbaycan
SƏHİYYƏ
Sakitləşdirən və xoşbəxtlik verən 5 ətir

Buradan Norveçə çatmaq üçün dəniz yolu ilə saatlarla yol getmək lazım gəlir. Adadan ən yaxın yerə getmək üçün yeganə yol da məhz budur. Burada sərbəst gəzmək çox təhlükəlidir. Ağ ayıların çox yaşadığı ərazi olduğu üçün gəzinti zamanı hər kəs özü ilə silah daşımalıdır.

Svalbardda ölmək də qadağandır. Həddindən artıq soyuq ərazi olduğu üçün ölüləri burada dəfn etmək mümkün olmur. Xəstələr Norveçə göndərilir.

Bura dünyanın ən şimalında yerləşən universitet, restoran və ibadət evi ilə də məşhurdur.

Xəbər lenti
0