Şotlandıyada Skye Adasında 170 milyon il öncəyə aid olan dinozavrın ayaq izi aşkar edilib

Yüz yetmiş milyon il öncəyə aid izlər aşkar edilib

94
(Yenilənib 23:55 05.04.2018)
Bu canlı 1 ton ağırlığında, 5-6 metr hündürlüyündə olub

BAKI, 5 aprel — Sputnik. Şotlandıyada Skye adasında 170 milyon il öncəyə aid olan dinozavrın ayaq izi aşkar edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 50 ayaq izinin dinozavrlara aid olduğu iddia olunur. 

Alimlərin dediklərinə görə, adada kəşf edilən yeni ayaq izlərinin etobur və üçdırnaqlı bir dinozavr növünə aid olduğu ehtimal olunur.

Edinburq Universitetinin paleontoloqu Stephen Brusatte bildirib ki, bu ayaq izləri etobura aiddir: "Sadəcə ayaq izləri aşkar edilib. Əl izi yoxdur. Deməli, bu arxa ayaqları üstündə yeriyən dinozavrdır. T-Rex-in əcdadıdır. Bu canlı 1 ton ağırlığında, 5-6 metr hündürlüyündə olub".

94
Əlaqədar
Çində uçan dinozavr tapılıb
Çində evin pilləkəninin altından dinozavr skeleti tapılıb