Karlovun qətli

Rus səfirin qətli ilə bağlı yeni təfərrüat ortaya çıxdı

539
(Yenilənib 17:47 05.04.2018)
Təşkilatın şifrəli kommunikasiya proqramı olan ByLock-dan istifadə etdiyi müəyyənləşdirilən şübhəlinin sorğusunun davam etdiyi bildirilir

BAKI, 5 aprel — Sputnik. Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı qatilin silahdaşı olduğu müəyyən edilən şəxs saxlanılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Karlovun qatili Mevlut Mert Altıntaşın FETÖ içində "böyük qardaş" hesab edilən Ş.S. həbs edilib.

Təşkilatın şifrəli kommunikasiya proqramı olan "ByLock"dan istifadə etdiyi müəyyənləşdirilən şübhəlinin sorğusunun davam etdiyi bildirilir.

Prokurorluq təşkilatda xüsusi yer alan və "Ahmet" kodundan istifadə edən Ş.S-nin Altıntaşın e-maillərini silən adam olduğunu hesab edir. 

İnformasiya Texnologiyaları və Əlaqələr İdarəsindəki işindən çıxarılan şübhəlinin Altıntaşın radikallaşmasında təsiri olduğu, təşkilatın təlimatlarını Altıntaşa çatdırdığı və onun fəaliyyətini tənzimlədiyi bildirilir.

Xatırladaq ki, Rusiyanın Ankaradakı səfiri Karlov ötən il dekabrın 19-da Ankarada iştirak etdiyi bir sərgidə öldürülmüşdü. Səfirin qatili Mevlut Mert Altıntaş da polis tərəfindən öldürülmüşdü.

Cinayətlə bağlı sərginin təşkilatçısı Mustafa Timur Özkan, "Guru Medya Yayın Qrupu"nun rəhbəri Xeyrəddin Aydınbaş və 3-ü polis olmaqla 7 nəfər həbs edilib.

539
Teqlər:
FETÖ, Xeyrəddin Aydınbaş, Mustafa Timur Özkan, Mevlut Mert Altıntaş, Andrey Karlov, Ankara, Rusiya
Əlaqədar
Türkiyədə "Andrey Karlov müəmması" çözülür: ruslar şifrəni qırdı
Daha bir küçəyə Andrey Karlovun adı verilib
Millət vəkili Karlovı Varıda evi olduğunu təsdiqlədi
Rusiya Andrey Karlovla belə vidalaşır
Karlovun qətlində erməni izi - rus araşdırmaçıdan ilginc iddia
Koronavirus testi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı statistika açıqlanıb

1
(Yenilənib 11:57 27.01.2021)
Ermənistanda ümumilikdə bu virusdan ölənlərin sayı 3056-ya çatıb. Xəstəlikdən sağalanların sayı 156053 nəfər olub.

BAKI, 27 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 166427-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 195 nəfər artıb.

Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3056-ya çatıb. Xəstəlikdən sağalanların sayı 156053 nəfər olub. Hazırda bu ölkədə 6557 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 milyonu keçib, 2,15 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

1
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Yaponiyada qoruyucu maskada olan insanlar

Avropanın "ağ siyahısı": yaponları oradan silirlər

12
(Yenilənib 00:58 27.01.2021)
Avropa Birliyi sərhədlərini Yaponiya vətəndaşlarının üzünə bağlamağa hazırlaşır. Bu ölkənin "ağ siyahı"dan çıxma ehtimalı yüksəkdir

BAKI, 27 yanvar - Sputnik. Avropa Birliyi ölkələrinə gəlməyə icazəsi olan insanların siyahısından Yaponiya vətəndaşları çıxarıla bilər.

Sputnik Azərbaycan bildirir ki, Avropa Birliyinin bu niyyəti barədə Bloomberg öz mənbələrinə istinadən yazır. 

Agentliyin məlumatına görə, bu qərar Yaponiyada koronavirusa yoluxmanın artması ilə bağlıdır.  

Mənbə bildirib ki, Avropa Birliyinin yenilənmiş "ağ siyahısı"nda cəmi yeddi ölkə olacaq və yalnız bu ölkələrin vətəndaşları AB-yə üzv ölkələrə səyahət edə biləcəklər. 

Siyahıdakı "xoşbəxtlər" isə Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya və Tailanddır. COVID-19-a yoluxma sayının kəskin artması səbəbindən Böyük Britaniya bu siyahını yanvarın 1-dən tərk edib. 

12
Teqlər:
Koronavirus, qadağa, Avropa Birliyi, vətəndaşlar, Yaponiya
Mövzu:
Yeni tip koronavirus pandemiyası