Donald Tramp

Vaşinqtonda Rusiya Türkiyəni qəzəbləndirəcək qərar qəbul olundu

2106
(Yenilənib 13:51 05.04.2018)
ABŞ-dan Suriya qərarı: Hərbçilər daha bir müddət Suriyada qalacaq

BAKI, 5 aprel — Sputnik. ABŞ hərbi qüvvələri daha bir müddət Suriyada qalacaq. Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının iclasında ölkə hərbçilərinin hələ bir müddət də Suriyada qalması barədə qərar qəbul olunub. İclasda prezident Donald Tramp hərbçilərin uzun müddət Suriyada qalmasının tərəfdarı olmadığını, yaxın zamanda onların Suriyadan çıxarılmasını tələb edib.

Donald Tramp və Vladimir Putin
© REUTERS / Steffen Kugler/Courtesy of Bundesregierung

Ağ Evdən gələn açıqlamada isə Suriyadakı hərbi əməliyyatların başa çatmaqda olduğu bildirilib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Dan Coats da hərbçilərin Suriyadan çıxarılmasının müddəti ilə bağlı yaxın vaxtlarda rəsmi açıqlama veriləcəyini deyib.

Bir müddət öncə Tramp hərbçilərin Suriyadan çıxarılmasını istəmiş, burada qalmağın böyük narahatlıq yaratdığını demişdi. "Suriyadan çıxmaq planı üzərində işləyirik. Səudiyyə Ərəbistanı bizim Suriyada qalmağımızı istəyirsə, bunun xərcini ödəməlidir", — deyə Tramp bildirmişdi.

Bu arada, ABŞ prezidenti fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. Yelisey Sarayından verilən məlumata görə, liderlər İraq və Suriyadakı vəziyyət və İŞİD faktorunu müzakirə ediblər.

"Hər iki lider həm bölgədəki sabitliyin, həm də iki ölkənin təhlükəsizliyinin qorunması məqsədi ilə həyata yaradılan beynəlxalq koalisiyanın fəaliyyətinin davam etdirilməsinin vacibliyini bildiriblər", — deyə məlumatda bildirilir.

Qeyd edək ki, Fransa prezidenti Makronun bu ay ABŞ-a ilk rəsmi səfəri olacaq. Prezidentlər aprelin 24-25-i tarixlərində görüşəcəkləri planlaşdırılır.

2106
Teqlər:
Emmanuel Makron, Donald Tramp, hərbçi, Suriya, Fransa, ABŞ
Əlaqədar
ABŞ Suriya ilə bağlı qərarını verdi
Yelisey sarayı: Fransa Suriyaya əsgər göndərməyəcək
Politoloq: “Suriyada əməliyyatları davam etdirmək Türkiyənin haqqıdır”
Trampdan növbəti səs-küylü bəyanat: Bu dəfə Suriya barədə
Suriyada toqquşan güclər: Türkiyəni Menbicdə hansı sürpriz gözləyir?