Laboratoriya, arxiv şəkli

ABŞ-da öldürücü superinfeksiyalar tapılıb

39
(Yenilənib 10:15 05.04.2018)
Mütəxəssislər kimin superinfeksiya daşıyıcısı olduğunu müəyyən etməyi və digər xəstəxanalara köçürülən xəstələri izləməyi tövsiyə edir

BAKI, 5 aprel — Sputnik. ABŞ-da sağalmaz infeksiya qeydə alınıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, xəstəliklərin idarə olunması mərkəzi ötən il bakteriyaların yaratdığı və bir çox antibiotiklərə qarşı müqaviməti olan 221 yeni infeksiya aşkar edib.

Məlumatda qeyd edilir ki, superinfeksiyaların tapıldığı tibbi müəssisələrdə hər 10 adamdan biri ən azı 1 superinfeksiya daşıyıcısıdır. Amma onların heç birində  xəstəliyin hansısa əlaməti müşahidə edilməyib.

Bu mikroblar digər bakteriyalara ötürülə bilən dərman preparatlarına qarşı müqavimət genlərinə malikdir. Beləliklə, sağlam insanlar da bu təhlükəli xəstəliyin daşıyıcısı ola bilər.

Sənəddə tibb müəssisələrinin işçilərinə antibiotiklərə qarşı müqaviməti olan şübhəli mikroorqanizmlər üzərində təhlillər aparmağı məsləhət görülür.

Mütəxəssislər kimin superinfeksiya daşıyıcısı olduğunu müəyyən etməyi və digər xəstəxanalara köçürülən xəstələri izləməyi tövsiyə edir.

39
Teqlər:
infeksiya, bakteriya, xəstəlik, ABŞ
OPEC-in loqosu, arxiv şəkli

“OPEC+” nazirlərinin iclasının vaxtı dəyişib

0
(Yenilənib 16:32 01.12.2020)
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur

BAKI, 1 dekabr — Sputnik. Dekabrın 1-də keçirilməsi nəzərdə tutulan "OPEC plus" ölkələri nazirlərinin 12-ci görüşünün vaxtı 3 dekabr tarixinə dəyişdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirləri tərəfindən "Əməkdaşlıq Bəyannaməsi"ndən irəli gələn məsələlər üzrə müzakirələr keçiriləcək.

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun da "OPEC plus" ölkələri nazirlərinin müzakirələrində iştirakı nəzərdə tutulur.

0
Teqlər:
nazirlər, OPEC, Müzakirələr
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

72
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

72
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ