Suriyada ABŞ qoşunları

ABŞ Suriya ilə bağlı qərarını verdi

350
(Yenilənib 23:58 04.04.2018)
Ağ Evdə toplantı keçirilib və Suriyadan çəkilmə məsələsi ilə bağlı qərar verilib

BAKI, 4 aprel — Sputnik. ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Dan Coats ABŞ-ın Suriyadan çıxıb-çıxmaması ilə bağlı qərarın tezliklə açıqlanacağını bildirib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, o, qərarın dünən Ağ Evdə qəbul edildiyini bildirib.

Coats bildirib ki, dünən Ağ Evdə toplantı keçirilib və Suriyadan çəkilmə məsələsi ilə bağlı qərar verilib. Bu qərar tezliklə açıqlanacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünənki açıqlamasında "Suriyadan çıxmaq planı üzərində işləyirik. Səudiyyə Ərəbistanı bizim Suriyada qalmağımızı istəyirsə, pulunu ödəməlidir" deyib.

350
Teqlər:
ABŞ prezidenti Donald Tramp, Suriya, ABŞ, qərar