Fransız qoşunu PKK terrorçularının müdafiəsinə qalxdı - İlk həmlə

© AFP 2023 / AHMAD AL-RUBAYEFransalı hərbçi
Fransalı hərbçi - Sputnik Azərbaycan
Abunə olmaq
Fransanın 60 nəfərlik ilk hərbi birliyi Suriyanın Ayn İsa bölgəsinə yerləşib

BAKI, 4 aprel — Sputnik. Fransanın 60 nəfərlik ilk hərbi birləşməsi Suriyanın Ayn İsa bölgəsinə yerləşib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, PKK-ya aid qərargah və nəqliyyat vasitələrində Fransa bayraqları ucaldılıb. Fransız əsgərlər ərazidə gün ərzində terrorçularla bir neçə dəfə patrul xidməti aparırlar.

Fransalı hərbçilərin gəlişi ilə eyni vaxtda PKK terrorçuları həmin bölgədə fəallaşıb və mülki şəxslərə qarşı hücumlar həyata keçirməyə başlayıblar. Terror təşkilatı mənsubları gün ərzində bəzi mülki binalara basqın edərək insanları əsir götürüblər. Onlar əsir saxladıqları insanları canlı qalxan olaraq istifadə edə biləcəklərini deyiblər.

Onu da qeyd edək ki, bölgəyə gələn fransız hərbçiləri arasında digər ölkələrdən gətirilən muzdlu döyüşçülərin də olduğu bildirilir.

Xəbər lenti
0