İlham Əliyev və Riad Malki

Azərbaycan dövlətindən Fələstinə böyük dəstək

119
(Yenilənib 17:16 04.04.2018)
Prezident İlham Əliyev: "Azərbaycan hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanındadır"

BAKI, 4 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, nazir Riad Malki Fələstin Dövlətinin prezidenti Mahmud Abbasın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Riad Malki İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında Azərbaycan prezidentinin iştirakının çox əhəmiyyətli olduğunu qeyd edib və bu tədbirdə göstərilən dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qonaq Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransının önəmini vurğulayıb və bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

Dövlətimizin başçısı Fələstinin xarici işlər naziri Riad Malkinin Bakıda keçirilən tədbirdə iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanında olduğunu vurğulayıb, İstanbulda keçirilən Zirvə toplantısında ölkəmizin iştirakını bu həmrəyliyin nümayişi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin prezidentinə çatdırmağı xahiş edib.

119
Teqlər:
xarici işlər naziri Riad Malki, Fələstin Dövləti, Mahmud Abbas, İstanbul, İlham Əliyev, Azərbaycan, prezident
Əlaqədar
Azərbaycan Fələstinin lehinə, Gürcüstan, Ukrayna və Moldova isə...
Elmar Məmmədyarov: Azərbaycan Fələstinin mövqeyini dəstəkləyir
İlham Əliyev fələstinli nazirlə görüşüb